Dünya
“Sony” şirkətinin yeni sistem yeniləməsi prosessorları kritik boşluqdan qoruyacaq
Təhlükəsizlik sisteminin yenilənməsi prosessorları “Spectre” və “Meltdown” alqoritmlərindən qoruyacaq.
Yeni “LG” monitorları “HDR” texnologiyasını dəstəkləyəcək
“LG” şirkəti “High Dynamic Range” (HDR) texnologiyasını dəstəkləyən üç yeni monitor modeli təqdim edib. “27UK650-W”, “29WK600-W” və “34WK650-W” adlı qurğular müvafiq olaraq 27, 29 və 34 düym diaqonallı ekranlarla təchiz edilib.
“Samsung Exynos 7872” mobil prosessoru altı nüvə ilə təchiz edilib
“Samsung” şirkəti orta səviyyəli smartfonlarda istifadə üçün nəzərdə tutulan “Exynos 5 Series 7872” mobil prosessorunu rəsmən təqdim edib.
“Samsung Galaxy Note 8” smartfonunun “olimpiya” versiyası hazırlanıb
Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində çıxış edən “Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun “olimpiya” dizaynlı xüsusi modelini hazırlayıb. Açıq satışa çıxarılmayacaq eksklüziv qurğunun idmançılara və Olimpiya oyunları nümayəndələrinə, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi və təşkilat komitəsinin üzvlərinə hədiyyə edilməsi nəzərdə tutulur.
“Alcatel 3C” smartfonu rəsmən təqdim olunub
Çinin “Alcatel” brendli smartfonların istehsalı ilə məşğul olan “TCL Communication” şirkəti İtaliyada “Alcatel 3C” smartfonunu təqdim edib. Qiyməti 130 avro təşkil edən smartfon Avropada ən ucuz çərçivəsiz smartfonlardan biri hesab edilir.
Trampla bağlı serial çəkilir
Maykl Vulfun ABŞ prezidenti Donald Tramp haqqında qalmaqallı kitabı əsasında teleserial çəkiləcək. M.Vulfun “Alov və Qəzəb: Trampın Ağ Evində” əsərinin səhnələşdirmə hüququnu "Endeavor Content" kompaniyası alıb. Filmin çəkilişi üçün milyonlarla dollar məbləğində vəsaitin lazım olduğu bildirilir.
Hindistan nüvə raketini sınaqdan keçirib
Hindistanda nüvə təhlükəsi olan “Agni-5” adlı qitələrarası ballistik raket sınaqdan uğurla keçib. Sınaqlar ölkənin qərbində yerləşən Əbdül Kalam meşəsində aparılıb.
Yeni bank yaradılır - Müdafiə məslələri üzrə
Rusiya hökuməti dövlət müdafiə sifarişləri və iri dövlət müqavilələri üzrə əməliyyatların icrası üçün xüsusi bankın yaradılması haqqında qərar qəbul edib. Məlumata görə, bank bu istiqamətdə maliyyələşdirmə, hesabların aparılması və müdafiə təyinatlı istehsalat müəssisələrin kreditləşdirilməsi məsələlərinə nəzarəti təmin edəcək.
Parisdə həbsxanada qiyam - 123 məhbus kameralara qayıtmaq istəmir
Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasında 123 məhbus kameralara qayıtmaqdan imtina edib. Məlumata görə, hadisə yerinə təhlükəsizlik qüvvələri və polis cəlb edilib. Eyni zamanda, həbsxana rəhbərliyi hadisənin zorakılıqla müşayiət olunmadığını bildirir.
Tiflis spikeri Saakaşvilini Kiyevdən almağa göndərdi
Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze Ukraynaya gəlib. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Vahid Milli Hərəkat Partiyasından olan deputat Tinatin Bokuçava söyləyib. Onun sözlərinə görə, Kobaxidze Kiyevə Mixail Saakaşvilinin ekstradisiyası üçün gedib: “Gürcüstan və Ukrayna Saakaşviliyə qarşı birgə fəaliyyət aparırlar. Bu məsələ Ukrayna Prezidenti Pyotr Poroşenkonun keçən il Gürcüstana səfəri zamanı da müzakirə edilib. Bu gün Saakaşvili Poroşenko və İvanişvili üçün əsas təhdid sayılır”.
Terroristlər Biq Beni partlatmaq istəyib
Keçən il Britaniyada tərəfdaşları ilə birgə həbs edilən Ömər Haq Londonda müxtəlif turistik məkanlarda eyni anda partlayışlar həyata keçirməyi planlaşdırıb. Bu barədə o çıxarıldığı məhkəmədə danışıb.
Əfqanıstanda Taliban hücumu nəticəsində 8 nəfər ölüb
“Taliban” radikal qruplaşmasının Əfqanıstanın cənubunda törətdiyi terror hadisəsi nəticəsində ən azı 8 polis əməkdaşı həlak olub, 2 nəfər isə yaralanıb. Bu barədə yerli polis dairələri məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə dünən axşam saatlarında Hilmənd vilayətində baş verib.
Buz dövrünə 2 həftə qaldı – irihəcmli asteroid yaxınlaşır
NASA Yer kürəsinə ən böyük asteroidin yaxınlaşdığı barədə məlumat yayıb. Təxminən 108 min km/saatda Yerə yaxınlaşan asteroidlə bağlı NASA həyəcan təbili çalır. Bildirilir ki, "The 2002 AJ129" kod adlı asteroid təxminən 2 həftəyə planetimizə ən yaxın məsafədə olacaq.
Rusiya bizi məhv edər - Diplomat
Rusiya ilə savaş İsveç xalqının sonu ola bilər. Bunu “Vestmanlands Läns Tidning” qəzetinə müsahibəsində İsveçin Rusiyadakı keçmiş səfiri Sven Xirdman söyləyib. Onun sözlərinə görə, Rusiya və İsveç ictimaiyyətləri arasında etibar səviyyəsi yüksəlməlidir:
Rusiyada məktəb təxliyə olundu - Səbəb qaz balonu
Rusiyanın Krasnodar şəhərində məktəblərin birindən mindən çox şagird və müəllim təxliyə olunub. Məlumata görə, hadisəyə ilkin səbəb olaraq qaz balonunun sızması göstərilir.














