Dünya
Rusiyada azərbaycanlılar atəşə tutuldu - Ölən və yaralananlar var
Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb. Bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib. Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. "Russki çay" kafesi qarşısında duran 2 azərbaycanlı, 1 rus və 1 çeçenlə yolsuzluq avtomobili ilə əraziyə gələn və qafqazlı olduqları ehtimal edilən şəxslər arasında əlbəyaxa dava və bıçaqlaşma olub. Dava zamanı atəş səsləri eşidilib. Nəticədə rusiyalı olduğu bildirilən 25 yaşlı gənc aldığı güllə yarasından keçinib.
Ermənistanda sabahdan kütləvi etirazlar başlayır
Ermənistanın paytaxtı İrəvanda qiymət artmasına qarşı etiraz yürüşləri keçiriləcək. Sabahdan başlayacaq aksiyalarda yüzlərlə sakinin iştirak edəcəyi gözlənilir. Hakimiyyət əleyhinə etirazların kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi bildirilir. Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır.
Terrorçular bu texnologiyaları əldə ediblər - Lavrovdan ŞOK BƏYANAT
Suriyada və İraqda kimyəvi terrorizmin artan təhlükəsi ciddi narahatçılıq yaradır. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında bildirib. Nazir bu təhlükənin xüsusilə, İraq və Suriyada daha ciddi olduğunu vurğulayıb.
Avropada qasırğa nəticəsində 6 nəfər ölüb
Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı
İsrail əsgərini şillələyən qız məhkəməyədək həbsdə qalacaq - Video
Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - Rusiyadan İDDİA
Ermənistanda sabahdan kütləvi etirazlar başlayır
Məşhur aktrisa sevgilisini məhkəməyə verdi - Porno videolara görə
ABŞ-dan Türkiyəyə çağırış...
İnstaqramda inqilabi YENİLİKLƏR
Vatsap və Feysbukda olduğu kimi, İnstaqrama da “son çıxış tarixi” özəlliyi tətbiq edilib. Bu özəllik instaqramın şəxsi məktub qutusunda işə salınıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər dostlarının ən son nə zaman aktiv olduğunu görə biləcək. Aktiv olunan zaman isə “hazırda aktivdir”, “24 saat öncə aktiv idi”, “bu gün aktiv idi” tipli ifadələrlə göstəriləcək.
“Apple” istifadəçilərə “iPhone” prosessorunun məhsuldarlığını azaldan funksiyanı deaktiv etməyə imkan verəcək
“Apple” şirkətinin baş direktoru Tim Kuk bəyan edib ki, “iOS 11” mobil əməliyyat sisteminin növbəti yeniləməsi sayəsində istifadəçilər prosessorun sürətini azaldan funksiyanı deaktiv etmək imkanı əldə edəcəklər. Bu haqda “The Vergem” nəşri məlumat yayıb.
“YouTube” spamer və təqlidçilərə qarşı mübarizə aparacaq
“YouTube” video hostinq platformasının administrasiyası vicdansız bloqerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək. Məsələn, bloqer əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər vicdansız bloqerlərin pul qazanaraq video hostinqin başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.






.jpg)







