Ermənistanda sabahdan kütləvi etirazlar başlayır
19 Yanvar 2018 03:11 DünyaErmənistanın paytaxtı Yerevanda qiymət artımına qarşı etiraz yürüşləri keçiriləcək.
Azvision.az xəbər verir ki, sabahdan başlayacaq aksiyalarda yüzlərlə sakinin iştirak edəcəyi gözlənilir. Hakimiyyət əleyhinə etirazların kütləvi hal alacağı, ölkənin bir sıra regionlarını əhatə edəcəyi bildirilir. Etirazlara səbəb qiymət artımı və əhalinin sosial-iqtisadi durumunun ağır vəziyyətdə olmasıdır.
Ermənistan parlamentinin müxalifəti təmsil edən deputatları xalqa çağırışlar edərək onları cinayətkar Sarkisyan hakimiyyətinə qarşı qiyama səsləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31