Terroristlər Biq Beni partlatmaq istəyib
Keçən il Britaniyada tərəfdaşları ilə birgə həbs edilən Ömər Haq Londonda müxtəlif turistik məkanlarda eyni anda partlayışlar həyata keçirməyi planlaşdırıb. Bu barədə o çıxarıldığı məhkəmədə danışıb.
18 Yanvar 2018 17:14 DünyaKeçən il Britaniyada tərəfdaşları ilə birgə həbs edilən Ömər Haq Londonda müxtəlif turistik məkanlarda eyni anda partlayışlar həyata keçirməyi planlaşdırıb. Bu barədə o çıxarıldığı məhkəmədə danışıb. "İŞİD tərəfdaşları Biq Ben qülləsinə, "Westfield" ticarət mərkəzinə, Hitrou hava limanına, ictimai nəqliyyat və digər obyektlərə eyni anda hücumlar etməyi planlaşdırmışdı" - deyə o bildirib. Terroristin sözlərinə görə, 2017-ci ilin mart ayında Vestministerə edilən hücumdan təsirlənib və öz ölüm dəstəsini yaratmağı qərar alıb. Məhkəmə heyətinə həm də aydın olub ki, Haq Londondakı məktəblərdən birində işlədiyi zaman şagirdlər üçün təbliğatlar aparıb. Onları terror qruplaşmalarına qoşulmağa sövq edib.
Xatırladaq ki, 2017-ci ilin martın 22-də baş vermiş Vestminister hücumunda 7 nəfər həlak olub, 40 nəfər yaralanıb. Hücumdan bir gün sonra isə İŞİD terror qruplaşması hücumu öz üzərinə götürüb. Azadinform xarici mətbuata istinadən xəbər verir.