Dünya

13 uşağı əsir saxlayan məktəb direktorunun evindən çıxanlar DƏHŞƏTƏ GƏTİRDİ

18 Yanvar 2018 12:36

ABŞ-ın Kaliforniya ştatında bir cütlüyün 13 nəfər qaranlıq otaqda yatağa zəncirlənmiş və ac saxlaması barədə məlumat vermişdik. Uşaqlara işgəncə edən cütlüyün villasından çıxanlar görənləri dəhşətə gətirib.

Türklər və yunanlar arasında növbəti GƏRGİNLİK

18 Yanvar 2018 12:30

Türkiyə və Yunanıstan arasında növbəti gərginlik dəniz sərhədində  yaşanılıb. Belə ki, gecə saat 01:40 radələrində Yunan Hərbi Dəniz Qüvvələrinin Nikiforos hücum gəmisi Türkiyənin Kardak adaları bölgəsindəki sərhəd sularını pozub.

Ərdoğana şok: Gül Ərbakanın partiyasından namizəd olur

18 Yanvar 2018 12:24

Abdullah Gül prezidentliyə namizədimiz ola bilər.Bunu jurnalistlərə açıqlamasında Türkiyə Səadət Partiyasının rəhbəri Temel Karamollaoğlu söyləyib. “Abdullah Gül dəyərli qardaşımızdır. Əlbəttə, namizəd olma ehtimalı var. Amma hazırda ona “namizədimizdir” demək doğru deyil. Burada iki məsələ var. İlk növbədə onun özü bu məsələdə təşəbbüslə çıxış etməlidir. Digər tərəfdən isə seçilə biləcəyi ilə bağlı proqnoz olmalıdır”, – deyə o bildirib.

Ermənistan ordusunun əsgəri yaralanıb

18 Yanvar 2018 12:19

Ermənistan ordusunun əsgəri güllə yarası alıb. Məlumata görə, Noemberyan səhiyyə mərkəzinə gətirilən şəxsin 1987-ci il təvəllüdlü Adibek Mikoyan olduğu müəyyən edilib.

“Suriyada “təhlükəsizlik qüvvələri” yaratmırıq”

18 Yanvar 2018 12:08

ABŞ-ın xarici işlər naziri Reks Tillerson Suriyada yaradılması planlaşdırılan “sərhəddə təhlükəsizlik qüvvələri” ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 

Trampdan Kremlə xəbərdarlıq: Moskvanın işidir...

18 Yanvar 2018 11:57

Rusiya Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçməyə kömək edir. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp söyləyib.

Türk ordusunda FETÖ əməliyyatı – 18 hərbçi həbs edildi

18 Yanvar 2018 11:55

Türkiyənin Çanaqqala şəhərində Hərbi Dəniz Qüvvələri komandanlığında fəaliyyət göstərən FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib. Əməliyyat nəticəsində təhlükəsizlik qüvvələri biri təqaüddə olmaqla, 18 hərbçini həbs edib.

Baldızına "Bacına sürprizim var" deyib QORXUNC CİNAYƏT törətdi - VİDEO 

18 Yanvar 2018 11:40

Bodrumda iş adamı Ali Özdemiri öldürən ortağı Mustafa Ö. baldızına "Sabah bacına sürprizim olacaq. Səhər yeməyi üçün onu harasa apar" deyərək arvadını evdən uzaqlaşdırdıqdan sonra qətli törədib.

Rəhmətə gedən şəxsin ailəsi cəsədi götürmək üçün morqa girəndə ŞOKA DÜŞDÜ

18 Yanvar 2018 11:33

İstanbulda qəfl halı pisləşən şəxs xəstəxanaya çatdırılıb. Tənəffüs və ürək döyüntüsünün olmadığını görən həkimlər, 40 dəqiqə "canlandırma" əməliyyatı həyata keçirsələr də, nəticəsiz qalıb. Səhər 11:00-da "öldü" deyə qeyd edilən xəstə, morqa aparılıb. 14:30-da cənazəni götürmək üçün morqa gedən yaxınları "ölü"nün nəfəs aldığını görüblər.

ABŞ Rusiya və Çinlə... – Dünya nüvə müharibəsinin BİR ADDIMLIĞINDA

18 Yanvar 2018 11:27

Kiçik gücə malik nüvə silahının yeni nümunələrinin hazırlanması ABŞ-ın Rusiya və Çinlə müharibə riskini artıracaq. Bu haqda ekspertlərə istinadən “Newsweek” yazıb.

Ermənilər Rusiyada deputatı güllələdilər

18 Yanvar 2018 11:10

Ermənilər Rusiyada deputatı güllələyiblər. Hadisə Başqırdıstan Respublikasının Neftekamsk şəhərində baş verib. Məlumata görə, erməni icmasının təmsilçiləri Şəhər Sovetinin deputatı İldus Şamsiyarovu döyərək güllələyiblər. Deputat müxtəlif dərəcədə bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Həkimlər ona baş-beyin silkələnməsi diaqnozu qoyublar. Deputat əlindən isə güllə yarası alıb.

Sonsuz qadınları aldadan "həkim" həbs olundu - 700 qadını ....

18 Yanvar 2018 11:08

Sonsuzluğa qarşı təbii üsullarla qadınları hamilə qalacaqlarına inandıran saxtakar həkim həbs edilib. Qvineyada saxtakar qadın, özünü loğman kimi təqdim edərək, 700 qadını aldadıb. Belə ki, ana olmaq arzusu ilə ona müraciət edən qadınlara müxtəlif otlardan hazırlanmış məhsul satıb. Hər bir qarışımı 33 dollara satan fırıldaqçı müştərilərinə 9 aydan sonra övlad sahibi olacaqlarını deyib. Tərkibi məlum olmayan qarışımın qəribə təsiri isə qadınların aldanmasına səbəb olub. Məhlulu içdikdən sonra qadınlarda hamiləlik simptomları və qarında şişkinlik yaranmağa başlayıb.

ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoğanın təhdidi qəbul EDİLDİ

18 Yanvar 2018 11:07

ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb. Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib.

NATO-ya ŞOK – Rusiyaya qarşı istehsal edilən 3 milyardlıq gəmilər “ suya qərq oldu”

18 Yanvar 2018 11:04

Almaniya Dəniz Qüvvələrinin “Baden-Uittemberq” sinfindən olan yeni F125 model gəmiləri sınaq məqsədilə suya buraxılıb. Sınaq zamanı çox sayda problemin olduğu aşkar edilib və gəmilər dərhal emalatxanaya geri qaytarılıb. Qərb mediası NATO-nun silahlı qüvvələrində önəmli yer tutan və səbrsizliklə gözlənilən 3 milyard avro dəyərindəki gəmi layihəsini Almaniyanın müdafiə sənayesinin ən böyük uğursuzluğu kimi təqdim edib.