Qazaxıstanda dəhşətli hadisə: 52 nəfər avtobusda yanaraq öldü
18 Yanvar 2018 11:20 DünyaQazaxıstanda sərnişin avtobusu yanıb.APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib."İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.Yanğının başvermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31