Dünya
Məşhur müğənni təyyarədə BİABIRÇILIQ ETDİ
Türkiyəli müğənni Bülent Ersoy təyyarədə qalmaqal yaradıb. Biznes klassda gedən məşhur sənətçi yanında heç kimin oturmasını istəməyib. Tək oturmaq istəyən müğənni səsini yüksəldib. “Yanımda kiminsə oturmağını istəmirəm” deyən ulduz aləmi bir-birinə qatıb. Türk Hava Yollarının işçiləri “Onda yanınızdakı yerin biletini də alardınız” desə də, Bülent Ersoyu heç cür sakitləşdirmək mümkün olmayıb. Təxminən yarım saat davam edən bu qalmaqaldan sonra sərnişin ulduzun çirkab mövqeyinə boyun əyərək başqa oturacaqda əyləşməli olub.
ABŞ-dan tarixi GERİ ADDIM – Ərdoganın təhdidi qəbul EDİLDİ
ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb. Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib. ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib. ABŞ-ın xarici siyasət idarəsinin başçısı Suriyada “sərhəd ordusu” qurmaq niyətində olmadıqlarını vurğulayıb.
Fotosessiya etdirən ailənin başına İŞ GƏLDİ - FOTOLAR
Amerikada bir ailə fotosessiya etdirmək üçün müraciət etdikləri fotoqrafın oyununa gəliblər. 250 dollara ailəvi fotosessiya üçün razılaşdıqları fotoqraf peşəkar olmadığı üçün ortaya maraqlı görüntülər çıxıb. Fotolara baxan sifarişçilər qeyri-adi mənzərə qarşısında şoka düşüblər.
Tənhalıq üzrə Nazirlik yaradıldı
Britaniyanın baş naziri Tereza Mey Tənhalıq üzrə Nazirlik yaradıb. Bu vəzifəyə Britaniya parlamentinin idman və vətəndaş cəmiyyəti üzrə nazirinin müavini Treysi Krauç təyin edilib.
Əfqanıstan sakinləri Trampa medal verdi
Əfqanıstan sakinləri Pakistana qarşı mövqeyinə görə Amerika lideri Donald Trampı "Cəsurluğa görə" qızıl medalı ilə təltif ediblər. Lohar əyalətinin sakinləri qızıl medalın istehsalını ödəmək üçün 645 dollar pul yığıblar. Qeyd edilir ki, medalın üzərində "Əfqan xalqından Amerika Birləşmiş Ştatlarının prezidenti Donalda Trampa cəsurluğuna görə" naxışlı sözləri yazılıb.
4,2 bal gücündə zəlzələ
Avstriyada 4,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sankt-Anton-am-Arlberq kurort şəhərindən 16 km qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Günahsız yerə 25 il həbsdə yatdı, çıxanda milyonçu oldu
Qətldə ittiham olunaraq 25 il məhbus həyatı yaşayan ABŞ-ın Detroyt şəhər sakini 1 milyon dollar təzminat alıb. Polisin yanlış məlumatı əsasında həbs edilən şəxs dövlət proqramına əsasən müvafiq məbləğə yiyələnib. Ötən il həbsxanadan çıxan Desmond Riks polis əməkdaşlarını güllələrin nümunələrini qəsdən dəyişdirməkdə ittiham edib. Miçiqan ştatının prokuroru D.Riksə təzminatın verilməsini düzgün hesab edib. Sabiq məhbus daha 216 min dollar məbləğin ona çatmalı olduğunu iddia edib.
Bu sosial şəbəkədə ŞƏXSİ İSMARICLAR OXUNUR
"Tvitter" şirkəti "Project Veritas" təşkilatının istifadəçilərin şəxsi ismarıclarını oxuması barədə bəyanatına münasibət bildirib. "Tvitter" şirkətinin əməkdaşları vaxtaşırı şəxsi yazışmanı oxuyur. “Biz mütəmadi olaraq şəxsi ismarıcları oxumuruq. Ancaq vaxtaşırı. Məhdud sayda əməkdaşımız bu məlumatı əldə edə bilər. Biz öz növbəmizdə onlara qarşı çox ciddi giriş protokolu tətbiq edirik", - deyə şirkətdə birdiriblər.
Fövqəladə vəziyyət rejimi uzadılır
Türkiyə Milli Təhlükəsizlik Şurası ölkədə fövqəladə vəziyyət rejiminin növbəti dəfə uzadılmasını məqsədəuyğun sayıb. Bu qərar Türkiyə Milli Təhlükəsizlik Şurasının yanvarın 17-də keçirilən iclasında qəbul olunub. Toplantıda Afrində antiterror əməliyyatının keçirilməsi və ölkədə fövqəladə vəziyyət rejiminin uzadılması məsələləri müzakirə olunub.
İsveçdə polis bölməsi yaxınlığında partlayış olub
Avtonom elektrik aerotaksi nümayiş olunub
“Airspace Experience Technologies” (AirSpaceX) şirkəti Detroytda keçirilən avtomobil sərgisində sərnişin və yükdaşımaları üçün nəzərdə tutulmaqla saatda 400 km-dək sürətlə hərəkət edən kiçik avtonom “Mobi-One” vertikal uçuş və eniş aparatını (VTOL) nümayiş etdirib.
Qlobal İT bazarının həcmi artmağa davam edəcək
“Gartner” analitiklərinin məlumatına görə, qlobal İT bazarının həcmi korporativ proqram təminatı sayəsində artmağa davam edəcək.
Elektron tullantılar qızıl-zinət əşyalarına çevriləcək
“Dell” şirkəti ana plataların hazırlanması üçün elektron tullantılardan qızıl emalı üzrə proqramın icrasına başlayıb. Qiymətli metaldan emal edilərək düzəldilən ilk mikrosxemlərlə “2-si 1 Latitude 12” tipli qurğular təchiz ediləcək.
“Google” proqram təminatı “Wi-Fi” bağlantısında problemlər yaradır
“Google” şirkətinin bir sıra aparat və proqram məhsulları, o cümlədən “Google Home” “Wi-Fi” bağlantısında problemlər yarada bilər. Bu barədə “TP-Link” şirkətinin məlumatında deyilir. Şirkət məlumatı “Archer C1200” marşrutlayıcı istifadəçilərinin marşrutlayıcılarda şəbəkəyə qoşulmada nasazlıqlarla bağlı şikayətlərindən sonra yayıb.
Səsli idarəetməyə malik 50 düymlük televizor təqdim edilib
Çinin “Xiaomi” şirkəti “Mi TV 4A” televizorunun 50 düymlük yeni modelini təqdim edib. Yeni model “4K” (3840x2160 piksel) təsvir ölçüsünü və “HDR10+ HLG” standartını dəstəkləyir. Televizora, həmçinin “Dolby Audio” və “dtsHD” stereodinamikləri quraşdırılıb.














