Səsli idarəetməyə malik 50 düymlük televizor təqdim edilib

Çinin “Xiaomi” şirkəti “Mi TV 4A” televizorunun 50 düymlük yeni modelini təqdim edib. Yeni model “4K” (3840x2160 piksel) təsvir ölçüsünü və “HDR10+ HLG” standartını dəstəkləyir. Televizora, həmçinin  “Dolby Audio” və “dtsHD” stereodinamikləri quraşdırılıb.

Çinin "Xiaomi" şirkəti "Mi TV 4A" televizorunun 50 düymlük yeni modelini təqdim edib. Yeni model "4K" (3840x2160 piksel) təsvir ölçüsünü və "HDR10+ HLG" standartını dəstəkləyir. Televizora, həmçinin  "Dolby Audio" və "dtsHD" stereodinamikləri quraşdırılıb.

Məsafədən idarəetmə pultu səsli daxiletmə funksiyasını dəstəkləyir. Bu, "Smart TV" proqramlarını daha asan idarə etməyə imkan verir. "Mi TV 4A" televizoru 3 "HDMI" və 2 "USB" portuna malikdir, "Ethernet", "Bluetooth 4.2", 2 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib. Televizorda "beyin" rolunu dördnüvəli "Amlogic L962" prosessoru həyata keçirir. "ICTnews" Elektron Xəbər Xidməti "belta.by" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31