Dünya
“WhatsApp” şübhəli mesajların göndərilməsini qadağan edəcək
Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta mesajların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.
Məşhur cütlük "donuz qripi"nə yoluxdu
“Doktorlar” serialından Ela obrazı ilə tanınan Yasemin Özilhanla iş adamı həyat yoldaşı İzzet Özilhan cütlüyü "donuz qripi"nə yoluxub. Qar tətili üçün kayseriyə yola düşən cütlük virusa yoluxduqlarını bildikdən sonra İstanbula qayıdıb.
"İtin qabağına atsan, yeməzdi" - Bülent Ersoy od püskürdü
Modelyer Gülşah Saraçoğlunun müğənni Bülent Ersoyun zinət əşyaları ilə bağlı dediyi “hamısı saxtadır” sözləri qarşı tərəfi qəzəbləndirib. Verilişlərdən birinə zəng edən Ersoy Saraçoğluna od püskürüb: “Bu xanımdan soruşmaq istəyirəm, özü daş-qaş ustasıdır? Kilometrlərlə məsafədən onların saxta olub-olmadığını necə bilir? Taxdıqlarım brilyantdır, əzizim, sən kimsən ki, mənim zinət əşyalarımı dəyərləndirirsən?
Almaniyada böyük əməliyyat: İran casusları ələ keçdi
Almaniya polisi əməliyyat nəticəsində çoxlu sayda İran casuslarını ələ keçirib. Bu barədə informasiyanı “Fokus” jurnalı yayıb.
Kreml Dağıstana xüsusi qrup göndərdi
Rusiya Baş Prokurorluğu və digər rəsmi idarələrdən ibarət olan 40 nəfərlik mütəxəssislər qrupu Dağıstana gəlib. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Nostradamusdan 2018-lə bağlı şok proqnozlar
Nostradamus təxəllüslü, yəhudi əsilli Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyəti bu gün də doğru çıxmaqda davam edir. Nostradamusun dünya ağalığına can atan diktatorlar barəsindəki öncəgörmələri də zaman-zaman özünün həqiqiliyini sübut edib.
Haluk Levent 8 ildən sonra bəraət qazandı
Adı "şantaj", "saxta sənəd" qalmaqallarına qarışdığı iddia edilən müğənni Haluk Levent 8 il sonra bəraət qazanıb. Müğənninin 2010-cu ildə başlayan "terror təşkilatına üzv olmaq" və "terrora cəhd" cinayətləri üzrə məhkəməsi bu gün yekunlaşıb. Məlumata görə, 16 ilədək həbsi istənilən Leventin günahsızlığı sübuta yetirilib.
Naz Elmas ekranlara qayıdır
Bir zamanlar ekranların sevilən siması olan aktrisa Naz Elmas yarımçıq qoyduğu karyerasına qayıdır. Aktrisa Gülse Birselin “Jet Sosyete” serialında çəkiləcək. “Haziran gecesi” serialı ilə məşhurlaşan Naz Çağlar Çorumlu, Derya Karadaş, Cengiz Bozkurt, Gülse Birsel və Sarp Apak kimi məşhurlarla birlikdə kamera qarşısına keçəcək.
4 xarici məhbus həbsxanadan qaçıb - Döşəküzlərilə
Fransanın paytaxtı Paris yaxınlığında 4 əcnəbi vətəndaş həbsxanadan qaçıb. Məlumata görə, məhbuslar pəncərədə dəmir barmaqlıqları mişarlayaraq döşəküzlərindən hazırlanmış ip vasitəsilə qaçıblar. Qaçan məhbusların milli mənsubiyyəti açıqlanmır.
Britaniyada tənhalıq naziri təyin edildi - KİM?
Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin idman və ictimaiyyət naziri Treysi Krauçu yeni yaradılmış Tənhalıq məsələləri üzrə Nazirliyin rəhbəri təyin edib. Məlumata görə, T.Mey yeni nazirliyin bir neçə il öncə qətlə yetirilmiş deputat Co Koksun fəaliyyəti əsasında yaradıldığını bildirib.
“Bu, dörd ölkənin intiharı olacaq” - ŞOK PROQNOZ
“Türkiyənin cənubunda bir terror dəhlizinin yaradılması 4 ölkənin – Türkiyə, İran, İraq və Suriyanın intiharı deməkdir”. Bunu “Yeni Şəfəq” nəşrinin internet saytında yayımlanan “Sosial şərh” proqramında siyasi şərhçi İbrahim Karagül deyib.
İstanbul Mərmərə Universitetində "Kanlı Ocak"
Yanvarın 17-də İstanbul Mərmərə Universitetində Azərbaycanın İstanbul Baş Konsulluğu tərəfindən təşkil edilən 1990-cı il 20 yanvar faciəsinə həsr edilmiş "Kanlı Ocak" (Qanlı Yanvar) foto sərgisinin açılışı olub. Sərgi geniş ictimaiyyət, ziyalılar, tələbələr tərəfindən böyük diqqətlə qarşılanıb. İctimaiyyətə xalqımızın öz ədalətli azadlıq mübarizəsindəki qəhrəmanlığı və fədakarlığının tarixi əsaslı şəkildə işıqlandırılıb. Sərgi yanvarın 18-nə qədər davam edəcək.
Çilidə Roma Papasının səfərinə etiraz olaraq 3 kilsə yandırıldı
Roma Papası I Fransiskin səfərinin davam etdiyi Çilidə etirazlar səngimir. Məlumata görə, Papanın səfərinə etiraz olaraq ötən gecə Araukaniya vilayətində 3 kilsə yandırılıb. Bundan başqa, Kuranilaue vilayətində yerli şirkətlərdən birinə məxsus iki helikopter yandırılıb. Polisin verdiyi məlumata görə, hadisə yerində maluçe hindularının radikal qruplaşmalarının çağırışlarının qeyd olunduğu vərəqələr tapılıb.
Metroda gediş haqqı bilərzliklə ödəniləcək
Moskvada bu gündən etibarən bilərzik formasında gediş kartları satışa çıxarılır. Məlumata görə, bilərzik kartlar iki cür – 20 və 40 gedişlik olacaq. Qiymətlərə gəlincə, "bilərziklər" müvafiq olaraq 897 rubl (təxminən 22 AZN) və 1644 rubl (təxminən 50 AZN) dəyərində satılacaq. Bildirilir ki, silikon bilərziklər metropolitendə, eləcə də yerüstü nəqliyyatda istifadə oluna biləcək.
Hər kəs təhlükə altındadır - "WhatsApp"da mesajlarınız oğurlana, zəngləriniz dinlənə bilər
"Kaspersky Lab" şirkəti android cihazlarında "WhatsApp" mesajlaşma plaformasında sizin şəxsi məlumatlarınızı və mesajlarınızı oğurlaya bilən virus aşkar ediblər. Bu virusun adı Skygofree-dir. O böyük mobil operatorların internet saytlarına bənzər saytlardan yayılır. Bu cür saytlarda istifadəçilərə "internet sürətləndiricisi" kimi təqdim olunan əlavələr məsləhət görülür və həmin linkə daxil olanlar artıq bu virusun daşıyıcısı olurlar.














