Dünya
iPhone istifadəçiləri üçün təhdid - Ciddi zərər dəyə bilər - VİDEO
iOS istifadəçiləri proqram təminatının 10 və 11-ci versiyasında iPhone telefonlarını bloka salan səhv aşkar ediblər. Sistemdəki bu boşluq barədə "EverythingApplePro" Youtube kanalının aparıcısı danışıb. Hansısa iPhone-nu söndürmək üçün ona xüsusi hazırlanmış linki mesaj kimi göndərmək kifayət edir. Mesaj hədəfə catdıqdan sonra smartfonun sistemi ilişir və heç bir əməliyyata reaksiya vermir. 3 dəqiqədən sonra isə proqram təminatı istifadəçi interfeysini yenidən başladır. Amma mesajı yenidən göndərməklə smartfonu bir daha söndürmək mümkün olur.
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub
Bu gün Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, hadisə İsparta rayonunun Yalvaç qəsəbəsinin Kırkbaş kəndi yaxınlığında baş verib. CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb.
“ABŞ-da terrorizmlə bağlı ittiham edilənlərin 75%-i ölkə xaricində doğulub” – Tramp
"ABŞ-da terrorizmdə ittiham edilən şəxslərin 75%-i ölkə xaricində doğulub". Bu sözləri ABŞ prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb: "Ədliyyə və Daxili Təhlükəsizlik nazirliklərinin yeni hesabatı göstərir ki, terrorizmdə ittiham edilən hər 4 nəfərdən 3-ü ölkə xaricində doğulub.
“Putin, qoşunu yerit!” - SENSASİYALI İDDİA
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiyanın Krıma təcavüzünə bəraət qazandırmaq üçün Rusiya prezidenti Vladimir Putini Ukraynaya qoşunlarını yeritməyə çağırırdı.
Merilin Monronun həyatı serialda
Məşhur Amerika aktrisası, müğənni və model Merilin Monronun həyatının son anlarından bəhs edən serial çəkilir. Aktrisa haqqında serial Sebastian Cauchonun “Merilin 1962” romanı əsasında çəkiləcək. On hissədən ibarət olacaq serialın prodüseri Mixail Merketdir.
Avropanın mərkəzində böhran: hökumət istefaya getdi
Çexiya hökuməti istefaya gedib. Bunu jurnalistlərə açıqlamasında Çexiya Baş naziri Andrey Babiş söyləyib.
Jirinovski: ABŞ-ı regional gücə çevirməliyik
ABŞ-ı artıq siyasi Olimpdən endirmək vaxtı çatıb. Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.
ABŞ-da yeni ştat elan edildi
ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniyada bir qrup şəxs yeni bir ştat yaradıldığını elan edib. Ştatın ABŞ-dan deyil, Kaliforniyadan ayrıldığı bildirilib. ABŞ Konstitusiyasının 4-cü maddəsinin 3-cü bəndinə uyğun olaraq Senata müraciət ünvanlanıb.
Ermənistanda Rusiyaya qarşı yeni üsyan
Ermənistanda sərhədlərin mühafizəsi funksiyasının Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsi tələb olunub. Məlum olduğuna görə, hələ uzaq 1992-ci ildə Ermənistan hökuməti ilə Rusiya arasında Rusiya FTX sərhəd qoşunlarının Ermənistanda statusu barədə saziş imzalanıb. Sazişin müddəalarına görə, Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsi funksiyaları Rusiyaya verilib. Viurtualaz.org Yerevanda dərc olunan “Lragir” nəşrinə istinadən xəbər verir ki, mənbənin mövqeyinə görə, Qarabağ müharibəsi vaxtı bu Ermənistan üçün vacib idi və “ehtiyatların azad edilməsinə” imkan yaradırdı.
Türk xalqından orduya dəstək – Hər tərəf qırmızı-bəyaz...
Türkiyənin Suriya ilə həmsərhəd Hatay bölgəsində yerləşən Reyhanlının Oğulpınar məhəlləsi sakinləri Afrin əməliyyatı öncəsi türk ordusuna dəstək nümayiş etdirmək məqsədi ilə evlərini türk bayrağı ilə bəzəyiblər.
Qızlar aktyorla axşam yeməyi üçün 50 min təklif edirlər
"Star" kanalında yayımlanan "Fazilet hanım ve kızları" serialının Yasini İdris Nəbi Taşkan ötən gün Arnavutköyde görüntülənib. Aktyor həmkarı Filiz Taçbaş və Semra Sanla şam edib.
Putinin səhhətində problem yaranıb? - Peskov cavab verdi ki...
Rusiya Prezidenti Vladimir Putin tamamilə sağlamdır və sağlamlığı ilə bir çox insanı gerdidə qoya bilər. Məlumata görə, bunu Rusiya prezidentinin sağlamlığı barədə suala cavab verən V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Nazirlik maşınlarda pərdə və plyonkaya qadağasının ləğvini təklif edir
Türkiyədə avtomobillərdə pərdə, jalüz və plyonkadan istifadəyə olan qadağanın ləğvi üçün danışıqlar aparılır. Bunu Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü deyib. F.Özlü qeyd edib ki, bir nazir olaraq bu qadağanın ləğvinin tərəfdarıdır: “Hazırda bu məsələ ilə bağlı rəhbərlik etdiyim qurum və Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi arasında danışıqlar aparılır”.
Kreml Ermənistana baş nazir və prezident təyin edir
Ermənistanın baş naziri Serj Sərkisyan təyin olunacaq. Bunu Kremlə yaxınlığı ilə seçilən “Regnum” agentliyinin redaktoru və politoloq Stanislav Tarasov “Jamanak” qəzetinə açıqlamasında söyləyib.
ABŞ Fələstindən Qüdsün qisasını alır
Vaşinqton Fələstin qaçqınlarına yardım edən BMT-nin Yaxın Şərq Agentliyinə etdiyi ödənişləri azaltmaq haqqında qərar qəbul edib. Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. ABŞ-ın yardımlarının 125 milyon dollardan 60 milyona qədər endirildiyi bildirilir. Bu məlumatı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert də təsdiqləyib. Onun sözlərinə görə, bu vəsait muxtariyyətin saxlanılması üçün yetərli olacaq. O, ABŞ-ın Fələstin üçün yeganə böyük donor olmaq istəmədiyini bildirib.














