Dünya
PKK-dan çarəsiz çağırış: Türkiyəni dayandırın!
Türkiyənin Afrin əməliyyatına hazırlıq prosesi çərçivəsində Suriya sərhədinə əlavə qüvvələr cəlb etməsindən qorxuya düşən PKK beynəlxalq ictimaiyyətdən yardım istəyib. PKK-nın Suriya qolu olan PYD/YPG-nin sözçüsü Nuri Mahmud dünya ictimaiyyətindən Türkiyəni dayandırmasını istəyib. “Afrin yalnız qalmayacaq” ifadəsini səsləndirən Mehmud bütün kürdlərin həmrəylik nümayiş etdirəcəyini bildirib.
2 uşaq anasına qarşı əxlaqsızlıq anı kameraya düşdü - "Bunu etməliydim" - VİDEO
Avstraliyada 24 yaşlı qadına qarşı edilən əxlaqsızlıq təhlükəsizlik kamerasına düşüb. 2 uşaq anası olan Jesse Ratu səhər idmanı etdikdən sonra evinə gedərkən yad kişinin onu təqib etdiyini hiss edib. Qulağında qulaqcıq olan qadın buna əhəmiyət verməyib.
Almaniya və Türkiyə arasında “buzlar” əriyir
Almaniya və Türkiyə 1 ilə yaxın davam edən siyasi gərginlikdən sonra əsas mövzu terrorla mübarizə olmaqla təkrarən hökumətlərarası görüşlərə başlamaq niyyətindədir.
MKİ-nin Çindəki casuslarının ölüm səbəbi bilindi – Şok
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xəfiyyəsi Çun Şin Li Çin kəşfiyyatına çalışmaqda ittiham olunur. Bu barədə informasiyanı NBC televiziyası yayıb. Məhz Linin Pekinə ABŞ casusları haqqında məlumat ötürdüyü iddia edilib. Bunun da nəticəsində MKİ-nin 20 casusu Çində ya öldürülüb, ya da həbs olunub: “Liyə qarşı casusluq ittihamı ictimailəşdirilməyəcək. Hökumətin ya bununla bağlı kifayət qədər sübutu yoxdur, ya da onlar məxfi məsələlərin məhkəmə zalına çıxarılmasını istəmirlər”.
Sərkisyan xələf axtarışında
“Verdiyi açıqlamadan belə bəlli olur ki, Ermənistan prezidenti Serj Sərkisyan özünə bənzəməyən bir xələf peşindədir”. “OLAYLAR” xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. O, bildirib ki, Sərkisyanın qənaətincə, ölkəsinin gələcək prezidenti bir neçə xarici dil bilməlidir ki, özü bilmir: “Həm Ermənistanda, həm də xaricdə geniş əlaqələri olmalıdır, bu da Sərkisyanda yoxdur. Bir də Sərkisyan həmən adamın yaxşı reputasiyasının olmasını istəyir ki, o, qətiyyən belə biri deyil.
ABŞ-a meteorit düşdü - Təsirindən zəlzələ oldu - VİDEO
ABŞ-ın Detroyt şəhəri yaxınlığında meteorit düşüb. Meteoritin düşmə faktını ABŞ-ın Geologiya Xidməti təsdiqləyib.
Həsən Ruhanidən XƏBƏRDARLIQ: “Bu, müharibəni körükləyəcək”
ABŞ-ın Suriyada quracağı 30 min nəfərlik hərbi güc bölgədə gərginliyi artıracaq və müharibəni körükləyəcək. Belə xəbərdarlıqla Suriya parlamentinin spikeri ilə Tehranda keçirilən görüşdə İran prezidenti Həsən Ruhani çıxış edib.
“Amerika səfirliyi bu il ərzində Qüdsə köçürüləcək” - Netanyahu
“ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son qərarı il ərzində reallaşacaq”. Bunu İsrailin Baş naziri Benyamin Netanyahu Hindistan səfəri zamanı jurnalistlərə bildirib. Baş nazir qeyd edib ki, Təl-Əvivdəki Amerika səfirliyi bu il ərzində Qüdsə köçürüləcək.
Türkiyədən ABŞ-a sərt xəbərdarlıq – Tillersonla görüşdə
Suriyanın şimalında PKK-PYD qruplaşmalarının təşkil edəcəyi “Sərhəd Təhlükəsizlik Qüvvələri”nin yaradılacağı halda Türkiyə-ABŞ münasibətləri geri dönüşü olmayan bir mərhələyə qədəm qoyacaq.
Trampın Kim Çen Inla bağlı planı MƏLUM OLDU
ABŞ-ın Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ərəfəsində (2018-ci ildə fevralın 9-dan 25-dək keçiriləcək - red.) Koreya Xalq Demokratik Respublikasının lideri Kimdə Çen Ina təzyiqı artıracaq və onun barəsində “yavaş-yavaş boğulma” siyasətini tətbiq edəcək.
Rusiyaya vurulacaq ən güclü zərbənin TARİXİ AÇIQLANDI
ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək. Bu haqda ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman bildirib. Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.
Myanmarda buddistlər hökumət binasına hücum edib, ölənlər var
Myanmarın qəribində yerləşən Rakhine əyalətində polis və buddistlər arasında baş verən toqquşma zamanı 7 nəfər ölüb. Bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Türkiyə düyməyə basdı
“Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti hərBi müdaxiləyə günlər, bəlkə də saatlar qalıb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, bildirib ki, Ankara qərarında haqlıdır: “Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir. Ancaq iki suala cavab məni maraqlandırır.
Yaponiya telekanalı əhalini qorxutdu: Qaçın!
Yaponiyanın NHK dövlət-ictimai telekanalı Şimali Koreyadan ballistik raket buraxılması və əhalinin təcili təlxiyəsi ilə bağlı xəbərdarlıq yayıb. NHK az sonra rəsmi saytında üzrxahlıq edib, xəbərdarlığın yanlış olduğunu bildirib. "Şimali Koreyadan raket buraxılması barədə J-Alert ani xəbərdarlıq sisteminin işə düşməsi barədə məlumat yanlışdır. Üzr istəyirik", - açıqlamada deyilir. Yanvar ayında ABŞ-ın Havay ştatında analoji xəbərdarlıq yayılmışdı.
İki biznesmen oğlu məktəb yoldaşlarını bıçaqladı, uşaqlardan birinin gözü çıxdı - VİDEO
"Anidən sinif otağının qapısı açıldı və iki maskalı şəxs sinifə daxil oldu. Onlardan biri müəllimimizi bıçaqladı, digəri isə qapının qarşısını kəsdi. Biz pəncərələrə tərəf qaçdıq. "Kömək edin" deyə qışqırıb yardım istəyirdik. Özümüzü atmaq istəyəndə üstümüzə gəlib bizi bıçaqladılar. Sonradan onların yuxarı sinif şagirdləri olduqlarını öyrəndik".














