Dünya

Ermənilərin Sarkisyana nifrətinin başlıca səbəbi

29 Yanvar 2018 13:38

Dağlıq Qarabağ probleminin həlli uzandıqca həm regionda vəziyyət bir qədər də gərginləşir, cəbhədə müharibə riski artır, həm də baş verəcək müharibə riskini aradan qaldırmaq, problem həll olunmasa belə vəziyyəti stabilləşdirmək üçün beynəlxalq səviyyədə müəyyən təşəbbüslər göstərilir.

Türkiyənin şimal-şərq bölgələrində Zika virusu tapılıb

29 Yanvar 2018 13:31

Türkiyənin Artvin Rize Trabzon vilayətlərində 4 vətəndaşda təhlükəli Zika virusu aşkarlanıb. Bütün vətəndaşlar yaxın zamanlarda Kubaya səyahət ediblər. Hadisədən sonra Türkiyə Səhiyyə Nazirliyi və Ətraf Mühiti Mühafizə Nazirlikləri bu xəstəliyi yayan “Ae. albopictus cinsi ağcaqandların artımının qarşısını almaq və bu ağcaqanadların yayıldığı sahələri nəzarətə götürmək üçün xüsusi profilaktik tədbirlərə start veriblər.

Suriyada aviabaza yaxınlığında kütləvi məzarlıqlar aşkarlanıb

29 Yanvar 2018 13:29

Suriyada Əbu Dühur aviabazası yaxınlığında üç kütləvi məzarlıq tapılıb. Məzarlıqlar Suriya ordusunun əsgərləri tərəfindən aşkar edilib.  

ABŞ Menbiçdən geri çəkilməyəcəyini açıqlayıb

29 Yanvar 2018 13:24

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) komandanı, general Cozef Votel ABŞ-ın Suriyanın Menbiç bölgəsindən geri çəkilməyəyini açıqlayıb.  Məlumata görə, general Votel CNN-ə açıqlamasında belə bir addımın nəzərdə tutulmadığını deyib. 

Türkiyə-Yunan sərhədində gərginlik

29 Yanvar 2018 13:14

Ötən gün Yunanıstanın müdafiə naziri Panos Kamenos bir hərbi qayıqla Türkiyənin Kardak Adalarına çələng qoymaq istəyib. Yunan gəmiləri Türk dəniz hüdudunu pozublar. Türkiyə Silahlı Qüvvələri və Hərbi Dəniz Donanması birlikləri dərhal hərəkətə keçiblər. Yunan nazirin qayığının qarşısı Türk Sahil Müdafiə katerləri tərəfindən kəsilib.

Məşhur müğənni həbsxanaya düşdü

29 Yanvar 2018 13:12

Məşhur türkiyəli müğənni Seren Serengil həmkarı Gülbən Ərgən tərəfindən həbsxanaya salındı. Olaylar.az bildirir ki, müğənni-aparıcı həmkarı Gülben Ergenin boşanması ilə bağlı proqramında onun əleyhinə sözlər işlətdiyi üçün bu cəzaya məhkum olunub. Gülbenin şikayəti əsasında Serengil verilişində onunla bağlı hər hansı açıqlama verməməli, fikir bildirməməli idi. Ancaq Seren həmkarının əleyhinə sözlər işlətməkdə davam etdiyindən məhkəmə qərarı ilə 3 gün həbs yatmalıdır.

Türk əsgərindən Qarabağ mesajı

29 Yanvar 2018 12:48

Türkiyə Silahlı Qüvvələrinin Suriyada antiterror əməliyyatları davam edir. "Zeytun budağı" adı altında davam edən hərbi əməliyyatlar çərçivəsində facebook sosial şəbəkəsində Türk ordusundan Azərbaycana, Qarabağa dəstək anlamı daşıyan maraqlı foto paylaşılıb. “OLAYLAR” xəbər verir ki, fotoda göstərilən raketin üzərində “Azərbaycan, Qarabağ, Zeytun budağı” sözləri yazılıb.

Türkiyədə "Zeytun budağı" SORĞUsu - NƏTİCƏLƏR

29 Yanvar 2018 12:38

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Zeytun budağı" əməliyyatını türklərin 85 faizi dəstəkləyir. Bu göstərici MAK araşdırma şirkətinin 20-26 yanvar tarixləri arasında 30 şəhər, 23 vilayət və 154 rayonda 5496 nəfərlə keçirdiyi sorğunun nəticəsində əldə olunub. Rəyi soruşulanların 85 faizi əməliyyatı dəstəklədiyini, 68 faizi isə bu əməliyyatda iştirak etməyə hazır olduğunu bildirib. Vətəndaşların 82 faizi "Zeytun budağı"nın uğurlu olacağına inanır. Respondentlərin 90 faizi PYD/PKK terrorçularının arxasında ABŞ-ın dayandığını düşünür.

İşçi cəmi 18 ay işlədi, 15 il maaş aldı, üstəlik məhkəməni də uddu

29 Yanvar 2018 12:36

İspaniyanın cənub-şərqindəki Alicante şəhərində işçi arayış və məzuniyyətlərindən istifadə edərək 15 il ərzində cəmi 1 il yarım işə gedib. Rəsmilərin verdiyi açıqlamaya görə işçinin etdiyi hərəkətdə qanunpozuntusu yoxdur. 

Ata 7 yaşlı oğlunun ayağını sındırdı

29 Yanvar 2018 12:15

39 yaşlı ata əlifbada hərf ardıcıllığını unudan oğlunun ayağını sındırıb. Hadisə Rusiyanın şərqində yerləşən Kamçatkada baş verib. 7 yaşlı oğluna əlifba öyrədən ata hərfləri yadda saxlaya bilmədiyi üçün uşağa əsəbiləşib. Əsəblərini cilovlaya bilməyən ata uşağı qolundan tutaraq yerə itələyib. Ayaqları ilə uşağın diz qapaqlarını tapdalayıb sındırıb.

Fələstin ABŞ-ı Rusiya ilə əvəz edir? – RƏSMİ BƏYANAT

29 Yanvar 2018 12:02

Fələstin və İsrail liderlərinin birbaşa danışıqları hələ planlaşdırılmır.  Bu haqda Fələstinin Rusiyadakı səfiri Abdelhafiz Nofəl bildirib.

Nazir istefa ərizəsini geri götürüb

29 Yanvar 2018 12:00

“Ermənistanın energetika infrastrukuru və təbii ehtiyatlar naziri Aşot Manukyan istefa ərizəsini geri götürüb və yenidən iş başına qayıdıb”. Bunu nazirin mətbuat katibi Vasak Tarpoşiyan bildirib.

Bakıdan gedən erməni Qarabağ həqiqətlərini açıb İrəvanı BİABIR ETDİ

29 Yanvar 2018 11:58

Dağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistana köçən Stella Artünyan acınacaqlı vəziyyətdə yaşadıqlarından, hakimiyyətin onları insan yerinə qoymamasından danışıb.

Dağlıq Qarabağda erməni əsgəri öldü

29 Yanvar 2018 11:56

Ermənistan ordusu işğal edilmiş Azərbaycan ərazilərində növbəti itkisini verib. Dağlıq Qarabağın şimal hissəsində yerləşən hərbi hissələrdən birində xidmət edən Ovsep Qriqoryan (1998-cı il təvəllüdlü) ölüb. İlkin məlumatlara görə, o, silahla ehtiyatsız davranma nəticəsində ölümcül güllə yarası alıb.