Dünya
Avstraliya ABŞ-a qarşı: Rusiya və Çin...
Rusiya və Çin Avstraliya üçün hərbi təhdid yaratmır. Bunu ABŞ-ın yeni müdafiə strategiyasını şərh edərkən Avstraliya Xarici İşlər naziri Culi Bişop söyləyib. “Bizim Rusiya və Çinə tamamilə başqa yanaşmamız mövcuddur. Hesab etmirik ki, Rusiya və Çin Avstraliyaya qarşı təhdid yaradır. Biz hər iki ölkə ilə sıx əməkdaşlıq edirik”, – deyə o bildirib.
Rusiyadan 1 trilyon dollar çıxarıldı - Şok
Rusiya iqtisadiyyatından son 30 ildə kapital axını 1 trilyon dollardan çox olub. Bunu Rusiya prezidentinin köməkçisi Sergey Qlazev söyləyib. “Bilirsiniz ki, Rusiya dünyada ən zəngin ölkədir. Biz son 30 ildə dünya maliyyə sisteminə Rusiyadan qaçan 1 trilyon dollar bəxş etmişik. Doğrusunu desək, onların harada olduğunu yaxşı bilmirik.
Erməni diaspor rəhbəri Ermənistana sərmayə yatırmamağa çağırdı
Avropa erməniləri assosiasiyaları forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıb. Məlumata görə, A.Qriqoryan nə qədər ki ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, hətta Ermənistana getməməyi məsləhət görüb.
Menbic təmizlənməsə, Afrinin ələ keçirilməsinin elə də böyük önəmi olmayacaq
ABŞ-ın Mərkəzi Qüvvətlər(CENTCOM) Komandanı Cozef Votelin CNN-ə verdiyi son açıqlama Yaxın Şərqdə vəziyyətin daha da gərginləşəcəyindən və bunun bizə də təsirsiz ötüşməyəcəindən xəbər verir. Votel ölkəsinin hərbiçilərinin Menbicdən çəkilmək niyyətində olmadığını bildirib”.
XİN: Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa məcbur idi
Türkiyə Suriyada hərbi əməliyyatlara başlamağa məcbur idi. Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, bu gün PYD və YPG terrorçuları Suriya ərazisinin 25 faizinə nəzarət edir. M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Afrini terrorçulardan təmizləyəcək və bu torpaqları sakinlərinə qaytaracaq: "Zeytun budağı" əməliyyatı Suriya kürdlərinə qarşı yönəlməyib. PYD və YPG-yə qarşı döyüşən "Azad Suriya Ordusu"nun tərkibində də kürdlər var".
Kopenhagendə Afrin hərəkatına dəstək aksiyası keçiriləcək
Danimarkanın paytaxtı Kopenhagendə Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək aksiyası keçiriləcək. “OLAYLAR” xəbər verir ki, Afrin Hərəkatına dəstək adı altında keçiriləcək aksiya Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında gerçəkləşəcək. Avropa Türk Dərnəkləri Təşkilatı və Danimarka Ülkü Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutacaq aksiya fevralın 2-də keçiriləcək. Afrinə Hərəkatına dəstək aksiyasında Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti də iştirak edəcək.
Kiyevdə ATIŞMA - Ölən və yaralanan var
Kiyevdə atışma baş verib. Məlumata görə, bu barədə xəbəri Ukrayna milli polisi təsdiqləyib. Polisin insidentlə bağlı yaydığı xəbərdə deyilir ki, atışma nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir
Bu barədə H.Müntəzir Facebookda yazdığı statusda bildirib. Statusu təqdim edirik: “5 ildir fəaliyyət göstərən Meydan TV'nin hər üç dildə Facebook səhifələrini ələ keçirib, siliblər. Sosial media meneceri olaraq bütün məsuliyyət mənim üzərimdədir. Vəzifəmdən istefa verirəm. Ümid edirəm, rəhbərlik istefamı qəbul edər”.
“Putinin əmrinə tabe olmaram” deyib lovğalanan general Makaryan haqda fərman verildi
Ermənistan prezidenti Serj Sərkisyan general-mayor Andranik Makaryanı silahlı qüvvələrin Baş qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsinə təyin edib. Sərkisyanın digər fərmanı ilə general Makaryan Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı vəzifəsindən azad olunub.
İdlibə hava hücumu – 11 nəfər həlak oldu
Suriyanın İdlib şəhərinə növbəti hücum təşkil olunub. Olaylar.az Anadolu Agentliyinə istinadən bildirir ki, şəhərin məşhur bazarı Rus Hava Qüvvələrinin hücumuna məruz qalıb. Havadan endirilən zərbələr zamanı 11 sivil Suriya vətəndaşı həlak olub, 13 nəfər ağır yaralanəb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Hindistanda avtobus çaya, polis isə davaya düşdü
Hindistanın şimal-şərqindəki Qərbi Benqal ştatıda sərnişin avtobusu çaya düşüb. Hadisə nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.
Krım Rusiyaya necə verildi – Deputat açıqladı
2014-cü ilin əvvəllərində Ukrayna hakimiyyəti Krımın statusunun dəyişdirilməsi variantını nəzərdən keçirirdi. Bunu “112 Ukraina” televiziyasına müsahibəsində Ukrayna Radasının deputatı Sergey Kunitsın söyləyib. Onun sözlərinə görə, Kiyev bununla Krımın tam olaraq Rusiyaya birləşdirilməsinə mane olmaq istəyirdi: “O zaman mən prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinova təklif etdim ki, Radanı toplayıb Krıma istənilən səlahiyyəti verək.
Ər-Riyadda “səssiz çevriliş” hazırlanır – Şok hesabat
Səudiyyə Ərəbistanında “səssiz çevriliş” ola bilər. Bu sözlər İsrailin Təl-Əviv Universitetinin hazırladığı hesabatda yer alıb. Hesabatda Səud xanədanının devrilmə ssenariləri təqdim edilib. Təqdim edilən ssenarilərdən birində çevriliş üçün əsas səbəb hazırkı vəliəhd Məhəmməd bin Salmanın müxtəlif cəbhələrdə məğlubiyyətə məruz qalması göstərilib.
Krımda kişi monastrı yandı
Krım yarımadasının Bağçasaray rayonunda kişi monastırının ərazisində yanğın baş verib. Yanğın monastırın həyətindəki birmərtəbəli taxta tikililərdə qeydə alınıb.
Suriyada Türkiyə-İran qarşıdurması
Artıq 10 günə yaxındır ki, Türkiyə Silahlı Qüvvələri Suriyada PKK və onun Suriya qanadı sayılan YPĞ/PYD-yə qarşı uğurlu hərbi əməliyyat həyata keçirir. Afrinin böyük bir qisminə nəzarəti ələ alan Türkiyə Silahlı Qüvvələri terrorçuları Suriyanın içərilərinı doğru sıxışdırır. PKK/YPĞ terrorçularının geri çəkilməsi və bir qisminin Afrinə yaxın məntəqələrə sığınması Türkiyəni hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoyur. Antiterror əməliyyatlarının davam etdiyi 10 günə yaxın müddət ərzində Türkiyə Silahlı Qüvvələri 400-ə yaxın terroçunu zərərsizləşdirməyə müvəffəq olub. Həmçinin terrorçulara qarşı xeyli silah-sursat zərərsizləşdirilib.





.jpg)








