Dünya
Almaniyada 44 ton şokolad oğurlandı
Almaniyanın Frayburq şəhərində naməlum şəxslər içərisində ümumilikdə 44 ton şokoladın olduğu iki yük maşınını qaçırıblar. Məlumata görə, yük maşınları sənaye zonasından qaçırılıb.
Çində təyyarə qəzası
Çinin cənubunda Quyçjou vilayətində hərbi təyyarə qəzaya uğrayıb. Məlumata görə, bu barədə ilk məlumat sosial şəbəkədə yayılıb. Daha sonra təyyarənin Çin Hərbi Hava Qüvvələrinə məxsus olması barədə məlumat yayılıb.
Fransada nazirin istefası tələb olunur - Zorlamaya görə
Fransanın müxalif “Respublikaçılar” partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib. Məlumata görə, bu, nazirin cinsi zorakılıqda ittiham olunması ilə əlaqədardır.
Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir
ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir. Məlumata görə, bunu İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti BMT-nin İraqdakı təmsilçisi Yan Kubişlə görüşündən sonra mətbuat konfransında deyib.
ABŞ Çinə görə 5G sistemi yaradır
ABŞ Prezidenti Donald Trampın administrasiyasının milli təhlükəsizlik üzrə ekspertləri Çin təhdidindən müdafiə olunmaq üçün 5G milli müdafiə şəbəkəsi yaratmağı müzakirə edirlər.
ABŞ-ın bizə milyardlıq yardımı yalandır – Pakistan
ABŞ-ın Pakistana terrorizmə qarşı mübarizə üçün çoxmilyardlıq yardım etməsi haqqında bəyanatı həqiqətə uyğun deyil. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Pakistanın Rusiyadakı səfiri Qazi Xəlilullah söyləyib.
Yeni kriptovalyuta gəlir - Rupi
İndoneziya Bankı bu il sınaq rejimində rəqəmsal rupi buraxmaq niyyətindədir. Məlumata görə, bank rəsmiləri bu pulun kriptovalyutalara analoq ola biləcəyini deyib.
Tacikistana “halal” olmayan ət məhsullarının idxalı qadağan edildi
Tacikistanın hökumət orqanları halal olmayan ət məhsullarının ölkəyə gətirilməsini qadağan edib. Bu tələb Dövlət Baytarlıq Xidməti tərəfindən bütün ət məhsulları təchizatçılarına qarşı irəli sürülüb. İndi xarici təchizatçılar Tacikistana yalnız "halal" akkreditasiyalı məhsul gətirə biləcəklər. Belə sənəd verməmişdən əvvəl tacik ekspertlər şəxsən müəssisələrə səfər edəcək və istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyini yoxlayacaqlar.
Sərkisyan və Njde: erməni faşizminin Avropaya ixracı başlayır
Ötən ilin mayında İrəvanda Ermənistan hakimiyyəti tərəfindən faşist Garegin Njdeyə qoyulmuş abidə ətrafında ictimai etirazların davam etdiyi bir vaxtda bu dəfə Bolqarıstanda “ümumerməni ideoloquna” abidə qoyulmasına hazırlıq getdiyi məlum olub. virtualaz.org xəbər verir ki, Njdeyə abidə qoymağa hazırlaşan Bolqarıstandan olan erməni biznesmen Karen Aleksanyandır.
Kreml: Navalnı Putin üçün təhdid deyil
Kreml Aleksey Navalnıya təhdid kimi baxmır. Ona görə ki, Rusiya Prezidenti Vladimir Putin siyasi olimpin lideridir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
Afrin əməliyyatı: ordu bu əraziləri azad etdi
10 gündür davam edən Afrin əməliyyatı çərçivəsində Burseya dağı, Bülbül bölgəsində Şengal, Zəhran, Bali, Kurni, Hay Oğlu, Həftar, Ursa, Kürdo kəndləri, Racu bölgəsində Ədamanlı, Əli Bekki, Bilalkənd, Ömər Uşağı, Mamel Uşağı, 740-cı təpə, Şeyx Hədid bölgəsində Şeyx Hədid təpəsi, Qara Mitlaq, Cinderes bölgəsində Hammam kəndi və Mersides təpəsi terrorçulardan təmizlənib.
Facebookdan MÜHÜM YENİLİK: gizli bilgilər...
Dünyada 2 milyarddan çox istifadəçisi olan Feysbuk ilk dəfə proqramın gizlilik prinsiplərini yayımlayacaq. Şirkət müştəriyə aid məlumatların necə istifadə edildiyinə dair bilgiləndirmə kampaniyasına start verib. Şirkət istifadəçilərin gizlilik sisteminin necə işləməsini anlaması və bilgilərini qoruya bilməsi üçün təlim məsqədli videolar yayımlamağa hazırlaşır. Videolarda Feysbukun reklamları göstərə bilmək üçün bilgiləri necə istifadə etdiyi, keçmiş mesajların necə silinə biləcəyi və silinən hesablardakı məlumatlara sonradan nə olduğuna dair informasiyalar yer alacaq.
Rusiya tanklarımızı vurmaq üçün İrəvana LAZER SİLAHI VERDİ - ÜÇ SİRLİ MƏQAM
Ermənistan tank əleyhinə ən müasir silah sayılan “Kornet - E” raket kompleksini nümayiş etdirib. Rəsmi İrəvan raket kompleksini Rusiyanın Ermənistana verdiyini açıqlayıb. Raket kompleksi lazer şüası ilə idarəetmə qabiliyyətinə və 5,5 kilometr uzaqlıqda olan hədəfi məhv etmə gücünə sahibdir. Rusiyada ermənipərəst “Reqnum” agentliyi yazır ki, raket kompleksi Azərbaycanın tanklarını asanlıqla sıradan çıxara bilər.
Bütün xəstəlikləri sağaldan GİZLİ ELM: Milyonçular dərmandan niyə imtina edirlər?
Son illər dünyanın ən çox inkişaf etmiş ölkələri dərman istehsalına görə liderliyi ələ alıblar. Lakin elə həmin ölkələrin ali zümrəsinə mənsub olan ailələr bu dərmanlardan istifadə etmirlər. Əvəzində təbii müalicə üsullarına müraciət edirlər. Bu siyahıya liderliyi isə Ayurveda edir.
Türk ordusu mümkün olmayanı bacardı – Möhtəşəm uğur
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı 10-cu günündə plana uyğun şəkildə davam etdirilib. Şiddətli döyüşlərin getdiyi ərazidə türk əsgəri möhtəşəm bir uğura imza atıb.














