Fransada nazirin istefası tələb olunur - Zorlamaya görə
Fransanın müxalif “Respublikaçılar” partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib. Məlumata görə, bu, nazirin cinsi zorakılıqda ittiham olunması ilə əlaqədardır.
29 Yanvar 2018 17:50 DünyaFransanın müxalif "Respublikaçılar" partiyası ölkənin dövlət xidmətləri və dövlət büdcəsi naziri Jerald Darmanenin istefasını tələb edib. Məlumata görə, bu, nazirin cinsi zorakılıqda ittiham olunması ilə əlaqədardır.
Qeyd olunur ki, bir qadın 2009-cu ildə J.Darmanenə hüquqi yardım üçün müraciət etdiyini və cinsi zorakılığa məruz qaldığını iddia edib. Bu hadisə ilə əlaqədar cinayət işi açılıb. Hazırda müxalifət nümayəndələri təhqiqatın davam etdiyi müddətdə nazirin istefaya getməli olduğunu bildirirlər. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31