Türk ordusu mümkün olmayanı bacardı – Möhtəşəm uğur

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı 10-cu günündə plana uyğun şəkildə davam etdirilib. Şiddətli döyüşlərin getdiyi ərazidə türk əsgəri möhtəşəm bir uğura imza atıb.

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı 10-cu günündə plana uyğun şəkildə davam etdirilib. Şiddətli döyüşlərin getdiyi ərazidə türk əsgəri möhtəşəm bir uğura imza atıb.

Məlumata görə, "Zeytun budağı" əməliyyatı çərçivəsində türk ordusunun həssaslığı sayəsində ötən günlər ərzində mülki itki qeydə alınmayıb. Terror qruplaşmasının mülki insanları qalxan olaraq istifadə etməsi və ərazinin təbii şəraiti nəzərə alındıqda isə itkisiz irəliləmək demək olar ki, imkansızı bacarmaq kimi qiymətləndirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatında geridə qalan 10 gün ərzində 597 terrorçunun zərəsizləşdirildiyini açıqlamışdı. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31