Dünya

FTB-nin direktor müavini istefa verdi

30 Yanvar 2018 06:27

Federal Təhqiqatlar Bürosunun direktor müavini Endryu Makkeyb istefa verib. Bu barədə NBC telekanalı məlumat verib. E. Makkeyb ötən ilin may-avqust aylarında FTB direktorunun səlahiyyətlərini icra edib. İstefanın səbəbləri hələ ki, açıqlanmır.

Dünyanın ən nadir zümrüdü

29 Yanvar 2018 21:01

Hərbi təyyarə qəzaya uğradı

29 Yanvar 2018 20:53

“Google Play” mağazasında yükləmələr üzrə yeni rekord qeydə alınıb

29 Yanvar 2018 20:00

"App Annie" tədqiqat firması 2017-ci ilin dördüncü rübündə "Google Play" və "Apple App Store" mobil proqram mağazalarının vəziyyəti üzrə statistika dərc edib. Məlumatlara əsasən, "Google" yüklənmiş proqramların sayına görə yeni dünya rekorduna imza atıb. Lakin "iOS" istifadəçiləri əvvəlki kimi daha çox pul xərcləməyə hazırdırlar.

Dünyada “Chrome OS” sistemi ilə işləyən ilk planşet hazırlanıb

29 Yanvar 2018 19:54

Londonda keçirilən “BETT 2018”  sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk  planşetin təsvirini dərc edib.

Dünyanın ən bahalı ətri satılıb - 200 min avro

29 Yanvar 2018 19:49

İtaliyanın “Bulgari” şirkətinin “Opera Prima” ətri 200 min avroya satılıb. Məlumata görə, dünyanın ən bahalı ətrinin flakonunun hazırlanmasında qızıl və qiymətli daşlardan (brilyant, ametist, sitrin) istifadə olunub. Ətrin alıcısının adı açıqlanmayıb.

Hər beş iş yerindən birini robotlar tutacaq

29 Yanvar 2018 19:33

2030-cu ilə qədər Böyük Britaniyada hər beşinci iş yeri (21 faiz) robotlar tərəfindən tutulacaq. “Centre for Cities” tədqiqat institutunun məlumatına əsasən, əmək bazarındakı bu dəyişikliklər ən çox İngiltərənin şimalında yaşayan əhaliyə təsir edəcək. Interfax informasiya agentliyi xəbər verir ki, avtomatlaşdırmadan əsasən sifarişçi və müştərilərlə çalışan, həmçinin mağaza və anbarlarda işləyən insanlara zərər dəyəcək. Lakin robotlaşdırma prosesləri nəticəsində yeni peşələr də meydana çıxacaq. Tədqiqatda hazırda mövcud olan peşələrin 10 faizinə tələbatın daha da artacağı vurğulanır.

Qurğuların blokdan çıxarılması üçün yeni üsul hazırlanıb

29 Yanvar 2018 18:54

“Samsung” şirkəti yeni istifadəçi biometrik autentifikasiya metoduna görə patent hüququ almaq üçün müraciət edib.

“Microsoft” korporasiyası “Windows Phone” əməliyyat sisteminin fəaliyyətini dayandırdı

29 Yanvar 2018 18:49

“Windows Insider” proqramının baş meneceri Brendon Leblan bildirib ki, korporasiya “Windows 10 Mobile” sisteminin sınaq versiyalarını çıxarmağı planlaşdırmır. Bu o deməkdir ki, sözügedən əməliyyat sistemi daha yenilənməyəcək.

“Google” milyonlarla smartfonu təhlükəli virusa yoluxdurub

29 Yanvar 2018 18:44

“Google” şirkətinin buraxdığı səhv “DressCode” virusuna “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dörd milyonadək mobil qurğunu yoluxdurmağa imkan verib. Zərərli proqram kodu indiyədək işləyərək istifadəçilər üçün narahatlıq törədir. Bu barədə “GitHub” portalına anonim haker bildirib.

İnsan emosiyalarını müəyyənləşdirən texnologiya təqdim edilib- VİDEO

29 Yanvar 2018 18:39

Yaponiyanın “Panasonic” korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.

Türk ordusu ilə bağlı bu yalanlar... - Bozdağ

29 Yanvar 2018 18:35

“Türklər kürdləri öldürür”, “sivilləri vurur” şəklində xəbərlər dərc olunur. Bunların hamısı yalandır. Türkiyə kürd qardaşlarımızın da dövlətidir. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ danışıb. 

“Windows” sistemli smartfon fərdi kompüterə çevrilib

29 Yanvar 2018 18:30

Yanvarın əvvəlində "Windows" smartfonlarında "Windows RT" əməliyyat sistemini istifadəyə verən tərtibatçılar bu dəfə böyük irəliləyişə nail olublar. Belə ki, hazırda əməliyyat sistemi "Lumia 640 XL" smartfon modelində stabil və sürətli işləməyə başlayıb. Sensor idarəetmə və çoxfunksiyalılıq dəstəklənir ki, bu da qurğudan tam kompüter kimi istifadəyə imkan verir.