Türk ordusu ilə bağlı bu yalanlar... - Bozdağ
“Türklər kürdləri öldürür”, “sivilləri vurur” şəklində xəbərlər dərc olunur. Bunların hamısı yalandır. Türkiyə kürd qardaşlarımızın da dövlətidir. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ danışıb.
29 Yanvar 2018 18:35 Dünya"Türklər kürdləri öldürür", "sivilləri vurur" şəklində xəbərlər dərc olunur. Bunların hamısı yalandır. Türkiyə kürd qardaşlarımızın da dövlətidir. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ danışıb. "Son terrorçu zərərsizləşdirilənə, bölgədə sabitlik yaradılana və oradakı insanlar sülhün dadını alana qədər əməliyyat davam edəcəkdir. Buna bizim müddət təyin etməyimiz mümkün deyil. Bu müddəti "Zeytun budağı" əməliyyatının uğura nail olması müəyyən edəcək. Əməliyyatın tezliklə bitməsini istəyənlərdən bizim də istəyimiz var. O zaman bu bəslədiyiniz terrorçulara verdiyiniz silahları dərhal toplayın", - nazir müavini deyib. Axar.az