İnsan emosiyalarını müəyyənləşdirən texnologiya təqdim edilib- VİDEO

Yaponiyanın “Panasonic” korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.

Yaponiyanın "Panasonic" korporasiyası tərəfindən təqdim edilmiş texnologiya müşahidə olunan insanların emosional vəziyyətini məsafədən müəyyənləşdirmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxsin sifətini təhlil edən qurğu onun emosional və qismən fiziki vəziyyətini dəqiq qiymətləndirə bilir: məsələn, qurğu insanın hirsli olması, yaxud üzülməsini müəyyənləşdirə bilir.

"ICTnews" Elektron Xəbər Xidməti "3dnews.ru" saytına istinadən yazır ki, iki kamera bir neçə əsas göstəricini (nəbz, göz qırpma tezliyi və sürətini, qaş və ağızın vəziyyəti, həmçinin insan bədəninin temperaturunu) kontaktsız qeydə alır: Sistem toplanmış nəticələrin analizi əsasında yaşanan emosiyaların tip və gücünü müəyyənləşdirir

Texnologiya, həmçinin kənar amilləri nəzərə alır: məsələn, insana soyuq  və ya isti olmasını, həmçinin yuxululuq dərəcəsini.



 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31