Hər beş iş yerindən birini robotlar tutacaq
2030-cu ilə qədər Böyük Britaniyada hər beşinci iş yeri (21 faiz) robotlar tərəfindən tutulacaq. “Centre for Cities” tədqiqat institutunun məlumatına əsasən, əmək bazarındakı bu dəyişikliklər ən çox İngiltərənin şimalında yaşayan əhaliyə təsir edəcək. Interfax informasiya agentliyi xəbər verir ki, avtomatlaşdırmadan əsasən sifarişçi və müştərilərlə çalışan, həmçinin mağaza və anbarlarda işləyən insanlara zərər dəyəcək. Lakin robotlaşdırma prosesləri nəticəsində yeni peşələr də meydana çıxacaq. Tədqiqatda hazırda mövcud olan peşələrin 10 faizinə tələbatın daha da artacağı vurğulanır.
29 Yanvar 2018 19:33 Dünya2030-cu ilə qədər Böyük Britaniyada hər beşinci iş yeri (21 faiz) robotlar tərəfindən tutulacaq. "Centre for Cities" tədqiqat institutunun məlumatına əsasən, əmək bazarındakı bu dəyişikliklər ən çox İngiltərənin şimalında yaşayan əhaliyə təsir edəcək. Interfax informasiya agentliyi xəbər verir ki, avtomatlaşdırmadan əsasən sifarişçi və müştərilərlə çalışan, həmçinin mağaza və anbarlarda işləyən insanlara zərər dəyəcək. Lakin robotlaşdırma prosesləri nəticəsində yeni peşələr də meydana çıxacaq. Tədqiqatda hazırda mövcud olan peşələrin 10 faizinə tələbatın daha da artacağı vurğulanır.
Məruzə müəllifləri qeyd edirlər ki, hökumət insanların bazarın tələblərinə uyğun şəkildə təcrübə qazanmaları üçün təhsil sistemində əsaslı islahatlar aparmalıdır.
Əgər Böyük Britaniyada 2030-cu ilədək robotlaşdırılma səbəbindən iş yerlərini itirən insanların sayı orta hesabla 21 faiz təşkil edəcəksə, Londonda bu göstərici 16 faizə qədər olacaq. İş yerlərinin ixtisarı baxımından Oksford, Kembric (13 faiz), Redinq (15 faiz) ən "təhlükəsiz", Mansfild, Sanderlend, Ueykfild (29 faiz), Stok (28 faiz) və Donkaster (27 faiz) isə ən "təhlükəli" şəhərlər sayılır. Sia.az