ABŞ Çinə görə 5G sistemi yaradır
ABŞ Prezidenti Donald Trampın administrasiyasının milli təhlükəsizlik üzrə ekspertləri Çin təhdidindən müdafiə olunmaq üçün 5G milli müdafiə şəbəkəsi yaratmağı müzakirə edirlər.
29 Yanvar 2018 17:33 DünyaABŞ Prezidenti Donald Trampın administrasiyasının milli təhlükəsizlik üzrə ekspertləri Çin təhdidindən müdafiə olunmaq üçün 5G milli müdafiə şəbəkəsi yaratmağı müzakirə edirlər. Bu barədə informasiyanı "Aksios" informasiya portalı yayıb. Portal administrasiyanın bununla milli mobil şəbəkənin bir hissəsinin Çinin əlinə keçməsinin qarşısını almağa cəhd edildiyini bildirib. Məxfi plana əsasən, Amerika 3 il ərzində mərkəzləşdirilmiş 5G şəbəkəsi yaratmalıdır: "5G texnologiyalarının tez bir zamanda yaradılmasının vacib olduğu sənədlərdə əks olunub. Burada Çinin şəbəkə infrastrukturunda artıq lider mövqe tutduğu bildirilib. Üstəlik, onun informasiya sferasında dominant təhlükəli agent olduğu vurğulanıb. Hazırda şəbəkənin inkişafı üçün iki variant müzakirə edilir. Bunlardan biri ümummilli vahid şəbəkənin yaradılması, digəri isə özəl investorların şəbəkə yaratmasıdır", - deyə portal bildirib. Axar.az