ABŞ-ın bizə milyardlıq yardımı yalandır – Pakistan

ABŞ-ın Pakistana terrorizmə qarşı mübarizə üçün çoxmilyardlıq yardım etməsi haqqında bəyanatı həqiqətə uyğun deyil. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında Pakistanın Rusiyadakı səfiri Qazi Xəlilullah söyləyib.

ABŞ-ın Pakistana terrorizmə qarşı mübarizə üçün çoxmilyardlıq yardım etməsi haqqında bəyanatı həqiqətə uyğun deyil. Bunu "RİA Novosti" agentliyinə açıqlamasında Pakistanın Rusiyadakı səfiri Qazi Xəlilullah söyləyib.

"Pakistan ABŞ-ın təhqiredici bəyanatlarından təəccüblənib. Onlar bu bəyanatı yayanda Pakistanın böyük itkilər verdiyini görməzdən gəliblər. Onların milyardlarla dollarlıq yardımla bağlı dediklərində də müəyyən yanılmalar var. Ümumi yardımın yarısını Pakistana 2001-ci ildən ediləcək ödənişlər təşkil edir. Bu, hansısa yardım deyil. Bu ödəniş ABŞ-ın Əfqanıstandakı əməliyyatları üçün yerüstü obyektlər və hava dəhlizlərində istifadəyə görə edilir. Biz terrorizmlə mübarizəyə görə 70 min insan itirmişik. Ölkənin iqtisadiyyatına isə 120 milyard dollar ziyan dəyib", - deyə o bildirib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31