Avstraliya ABŞ-a qarşı: Rusiya və Çin...
Rusiya və Çin Avstraliya üçün hərbi təhdid yaratmır. Bunu ABŞ-ın yeni müdafiə strategiyasını şərh edərkən Avstraliya Xarici İşlər naziri Culi Bişop söyləyib. “Bizim Rusiya və Çinə tamamilə başqa yanaşmamız mövcuddur. Hesab etmirik ki, Rusiya və Çin Avstraliyaya qarşı təhdid yaradır. Biz hər iki ölkə ilə sıx əməkdaşlıq edirik”, – deyə o bildirib.
29 Yanvar 2018 16:30 DünyaRusiya və Çin Avstraliya üçün hərbi təhdid yaratmır. Bunu ABŞ-ın yeni müdafiə strategiyasını şərh edərkən Avstraliya Xarici İşlər naziri Culi Bişop söyləyib. "Bizim Rusiya və Çinə tamamilə başqa yanaşmamız mövcuddur. Hesab etmirik ki, Rusiya və Çin Avstraliyaya qarşı təhdid yaradır. Biz hər iki ölkə ilə sıx əməkdaşlıq edirik", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ yeni müdafiə strategiyası hazırlayıb. Vaşinqton bu sənəddə özü üçün əsas təhdid kimi Rusiya, Çin, İran və Şimali Koreyanı göstərib. Axar.az