Krım Rusiyaya necə verildi – Deputat açıqladı

2014-cü ilin əvvəllərində Ukrayna hakimiyyəti Krımın statusunun dəyişdirilməsi variantını nəzərdən keçirirdi. Bunu “112 Ukraina” televiziyasına müsahibəsində Ukrayna Radasının deputatı Sergey Kunitsın söyləyib. Onun sözlərinə görə, Kiyev bununla Krımın tam olaraq Rusiyaya birləşdirilməsinə mane olmaq istəyirdi: “O zaman mən prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinova təklif etdim ki, Radanı toplayıb Krıma istənilən səlahiyyəti verək.

2014-cü ilin əvvəllərində Ukrayna hakimiyyəti Krımın statusunun dəyişdirilməsi variantını nəzərdən keçirirdi. Bunu "112 Ukraina" televiziyasına müsahibəsində Ukrayna Radasının deputatı Sergey Kunitsın söyləyib. Onun sözlərinə görə, Kiyev bununla Krımın tam olaraq Rusiyaya birləşdirilməsinə mane olmaq istəyirdi: "O zaman mən prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinova təklif etdim ki, Radanı toplayıb Krıma istənilən səlahiyyəti verək. Bundan sonra 1992-ci il qanununa qayıdaq. Yəni Krım yenə əvvəlki kimi ayrı dövlət olsun, amma Ukraynanın tərkibində yer alsın. Bununla vaxt udub, referendumu uzaqlaşdırmaq istəyirdim. Bunun əvəzində mənə cavab verdilər ki, bunlar hamısı yaxşıdır, amma Rusiya ilə danışıqlarda istifadə oluna bilər. Hökumət Krım məsələsinin həllinə 1 həftə gecikdi, çünki bu məsələdə səlahiyyətlərin veriləcəyi şəxs tapılmırdı". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31