Rusiyadan 1 trilyon dollar çıxarıldı - Şok

Rusiya iqtisadiyyatından son 30 ildə kapital axını 1 trilyon dollardan çox olub. Bunu Rusiya prezidentinin köməkçisi Sergey Qlazev söyləyib. “Bilirsiniz ki, Rusiya dünyada ən zəngin ölkədir. Biz son 30 ildə dünya maliyyə sisteminə Rusiyadan qaçan 1 trilyon dollar bəxş etmişik. Doğrusunu desək, onların harada olduğunu yaxşı bilmirik.

Rusiya iqtisadiyyatından son 30 ildə kapital axını 1 trilyon dollardan çox olub. Bunu Rusiya prezidentinin köməkçisi Sergey Qlazev söyləyib. "Bilirsiniz ki, Rusiya dünyada ən zəngin ölkədir. Biz son 30 ildə dünya maliyyə sisteminə Rusiyadan qaçan 1 trilyon dollar bəxş etmişik. Doğrusunu desək, onların harada olduğunu yaxşı bilmirik. Bu pulun yarım trilyonu ofşorlar və Rusiya iqtisadiyyatı arasında dövr edir. Digər yarım trilyon isə naməlum istiqamətdə yoxa çıxıb", - deyə o bildirib. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31