Dünya

Anadan DƏHŞƏTLİ ƏMƏL

29 Yanvar 2018 11:52

Ana sosial yardım almaq üçün 2 uşağını zəhərləyərək öldürdü. Hadisə Avstraliyada baş verib. 51 yaşlı ana Meri Krebtri oğlu Conatanı və qızı Erini zəhərləyərək öldürüb. Qadın uşaqlarının ölümü üzərindən milyonlarla dolar qazanıb.

ABŞ-ın dağıdıcı planı İFLAS ETDİ - “B planı” bu gün İŞƏ DÜŞÜR

29 Yanvar 2018 11:51

Bu gün Rusiyanın Soçi şəhərində Suriya Milli Dialoqunun Konqresi başlayır.  Suriya münaqişəsinin siyasi tənzimlənməsi prosesinə dəstək üçün keçirilən konqres Rusiya, İran və Türkiyənin təşkilatçılığı ilə keçirilir.

3-cü sinif dərsliyində ədəbsiz hekayə

29 Yanvar 2018 11:42

Türkiyədə 3-cü sinif dərsliyində yazılan hekəyə valideynlər arasında narazılığa səbəb olub. Sosial şəbəkədə yayılan fotolara görə Türkiyədə 3-cü sinif dərsliyində əxlaqsızlıq təbliğ olunur.

Qadını qatarın altına itələyən şəxs: Şeytanın əmrini yerinə yetirdim - VİDEO

29 Yanvar 2018 11:40

Braziliyada gənc bir qadını metro stansiyasında bir şəxs platformaya daxil olan qatarın önünə itələyib. San Pauloda yaşanan olayda relslər arasındakı boşluğa düşən gənc qadın inanılmaz bir şəkildə sağ qalıb. Yaralanan qadın xəstəxanaya çatdırılıb. Onu itələyən adamsa səlahiyyətlilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Əqli qüsurlu olduğu düşünülən şəxs ifadəsi zamanı "Şeytanın əmrini yerinə yetirdim" deyib.

Baş nazirin corabları- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

29 Yanvar 2018 11:28

Bəlkə də bu corabları Castin Biber geyinsəydi, heç bir ciddi marağa səbəb olmazdı. Amma al-əlvan corabları ilə gündəmə gələn Castin Trüdodur, Kanadanın baş naziri.

Avstraliyada 50 mindən çox ev işıqsız qalıb - İstiyə görə

29 Yanvar 2018 11:26

Avstraliyanın cənub-şərqində, Viktoriya ştatında 50 mindən çox ev işıqsız qalıb. Buna səbəb havanın temperaturunun 40 dərəcəyə çatması olub. Belə ki, elektrik enerjisinə artan qəfil tələbat transformatorların və paylayıcı şəbəkələrin işində problemlərin yaranmasına gətirib çıxarıb.

Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK - Başını yastığa sıxaraq... - VİDEO

29 Yanvar 2018 11:18

Dayənin 8 aylıq uşağa qarşı etdiyi amansız qəddarlıq evə yerləşdirilmiş kameraya düşüb. Rusiyanın Başqırdıstan vilayətində Sterlitamake şəhərində Alan adlı 8 aylıq uşağa qarşı vəhşiliyin görüntüləri yayılıb.

Daha bir canlının nəsli kəsildi

29 Yanvar 2018 11:16

Şərq puması Amerikanın yox olma təhlükəsində olan vəhşi heyvanlar siyahısından çıxarılaraq nəsli kəsilmiş heyvanlar siyahısına daxil edilib. Bu barədə məlumatı ABŞ-ın Balıq resurslarının və vəhşi heyvanların mühafizə xidməti yayıb.

Cənubi Amerikaya getmək istəyənlərə XƏBƏRDARLIQ

29 Yanvar 2018 10:53

Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi Federal Xidməti ("Rospotrebnadzor") turistlərdən Cənubi Amerika ölkələrinə səfər edərkən "sarı qızdırma" epidemiyası ilə bağlı məlumatları nəzərə almağı xahiş edir.

“Türkiyə Afrində İsraillə döyüşür” - Suriyanın bölünmə XƏTTİ AÇIQLANDI

29 Yanvar 2018 10:48

Tehran ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən dəstəklənən PKK/PYD terror təşkilatını hədəf alıb. İranın ali dini lideri Ayətullah Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti ABŞ-ın Fəratın şərqindən Suriyanı bölmək istədiyini bildirib.

3 gün əvvəl ərə getmişdi -  3 aylıq hamilədir

29 Yanvar 2018 09:40

3 gün əvvəl ailə quran “Üvey baba” serialının uşaq qəhrəmanı, aktrisa Burçin Abdullah haqda xəbər var. Gənc aktrisa 3 aylıq hamilədir.

Məşhur cütlük ikinci dəfə ayrıldı

29 Yanvar 2018 09:36

Aktrisa Qamze Topuzla futbolçu sevgilisi Tümer Metin ayrılıblar. Cütlük İnstaqramda bir-birini izləmədən çıxarıb. Xatırladaq ki, 2016-ci ilin qışında başlamış münasibəti Qamze və Tümer ötən ilin sentyabrında tamamlamışdı. Lakin cütlük yenidən 3 ay sonra ikinci dəfə barışmışdı. 

"Qanuni oğru"nun öldürüldüyü maşının FOTOLARI yayıldı

29 Yanvar 2018 09:34

15 il əvvəl öldürülən kriminal avtoritetin avtomobilinin görüntüləri yayılıb. "Rolls-Royce Silver Spur II" markalı avtomobildən cəmi 2000 dənə istehsal olunub. Bu maşın xarkovlu qanuni oğruya məxsus olub. O, öz maşınında qətlə yetirildikdən sonra avtomobil hansısa qarajda saxlanılıb.

“Zeytun budağı” əməliyyatında 557 terrorçu öldürüldü

29 Yanvar 2018 09:32

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu gün PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 20 obyekt dağıdılıb, 73 terrorçu məhv edilib.

Kiprdə prezident seçkilərinin lideri məlum oldu

29 Yanvar 2018 09:19

Kiprin hazırkı prezidenti, DİSİ (“Demokratik toplantı”) sağçı partiyasının namizədi Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderliyi ələ keçirib. Bülletenlərin 50,4 faizi üzrə seçicilərin 35,75 faizi Nikos Anastasiadisə etimad göstərib. İkinci yerdə 29,34 faiz səslə AKEL solçular partiyasının nümayəndəsi Stavros Malas qərarlaşıb. Üçüncü pillədə DİKO (mərkəzçi Demokrat partiyası) nümayəndəsi Nikolas Papadopulos yer alıb. Onu seçicilərin 26 faizi dəstəkləyib.