Dünya
Hərbi Akademiyada TERROR
Əfqanıstanın paytaxtı Kabildə ötən gün 95 nəfərin ölümü ilə nəticələnən partlayışın ardından daha bir insident baş verib. Bir qrup silahlı şəxs paytaxt Kabildə yerləşən Marşal Fahim adına Milli Hərbi Universitetə hücum edib. Hazırda atışma davam edir. Yerli mətbuatda ərazi yaxınlığında partlayış səslərinin eşidildiyi bildirilir.
Dayədən 8 aylıq uşağa qarşı VƏHŞİLİK - Başını yastığa sıxaraq... - FOTO/VİDEO
Dayənin 8 aylıq uşağa qarşı etdiyi amansız qəddarlıq evə yerləşdirilmiş kameraya düşüb. Rusiyanın Başqırdıstan vilayətində Sterlitamake şəhərində Alan adlı 8 aylıq uşağa qarşı vəhşiliyin görüntüləri yayılıb.
Gecə klubunda atışma: Ölənlər var
25 yaşlı qızın başını kəsdilər, cəsədi "BMW"də gizlətdilər - TÜKÜRPƏDƏN CİNAYƏT
ABŞ-ın Oreqon ştatında dəhşətli cinayət hadisəsi baş verib. Amerikalı model Sara Jqulun (Sara Zghoul) cəsədi “BMW” markalı maşının yük yerindən tapılıb. Hadisə yanvarın 25-də olsa da, polislər bundan iki gün sonra xəbər tutub.
"Moyka"da ATIŞMA: 5 ölü, 1 yaralı
ABŞ-ın Pensilvaniya ştatında avtomobil yuma məntəqəsində atışma olub. Hadisə nəticəsində 5 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hindistandan tarixi addım: Fələstinə səfər
Hindistanın Baş naziri Narendra Modi fevralın 9-da Yaxın Şərq ölkələrinə səfər edəcək. Bu barədə informasiyanı Hindistan Xarici İşlər Nazirliyi yayıb. Modinin ilk olaraq Fələstinə səfər edəcəyi bildirilib. Bundan sonra onun Birləşmiş Ərəb Əmirlikləri və Omana gələcəyi vurğulanıb. Modinin səfərinin fevralın 12-də başa çatacağı bildirilib.
Tarkanın anası niyə ağladı?
Tarkanın 1972-ci ildə Almaniyanın Alzey qəsəbəsində dünyaya gəldiyi tarixi ev satışa çıxarılmışdı. Tarkanın anası Neşe Tevetoğlu oğlunun doğulub böyüdüyü evi sonuncu dəfə görmək istəyib.
MEKSİKADA QƏTLİAM: 8 nəfər güllələndi
Burseya dağı terrorçulardan təmizləndi
Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşayan Burseya dağını PKK terrorçularından təmizləyib. Bu barədə “Anadolu” agentliyi məlumat verib. Qeyd edək ki, bir neçə saat əvvəl Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb. Türkiyə Silahlı Qüvvələri və müxalif “Azad Suriya Ordusu” (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.
Xarici İşlər Naziri əsgərlik fotosunu yaydı
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu əsgərlik fotosunu sosial şəbəkədə paylaşıb. Nazir bu addımı Afrindəki türk hərbçilərinə dəstək məqsədilə atıb.
Nazir Türkiyəyə buraxılmadı
Göyərtəsində Yunanıstanın Müdafiə naziri Panos Kammenosun da olduğu hərbi gəmi Türkiyə sularına buraxılmayıb. Yunan gəmisi Kardak adasına əklil qoymaq üçün Türkiyə sularına daxil olmaq istəyib. Türkiyə tərəfinin xəbərdarlığından sonra Yunanıstana məxsus hərbi gəmi türk sularını tərk edib.
Məşhur milyarder vəfat etdi
İsveçdən olan məşhur milyarder İnqvar Kamprad vəfat edib. Bu barədə informasiyanı rəhbəri olduğu İKEA şirkətinin mətbuat xidməti yayıb. Kamprad 92 yaşında dünyasını dəyişib.
Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı
Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur. Məlumata görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.
Yəməndə gərginlik artır: Baş nazirdən atəşkəs çağırışı
Yəmən Nazirlər Kabineti Ədəndə separatçıların hakimiyyət çevrilişi cəhdini təsdiqləyib. Ölkə baş naziri artıq genişmiqyaslı hərbi toqquşmların başvermə riskinin artdığını bildirib. Separatçılardan döyüşlərin dayandırılması tələb edilib.
Türkiyədə avtobuslar toqquşdu: Ölənlər var
Türkiyədə dəhşətli avtobus qəzası baş verib. Bursada mikroavtobusla suriyalı işçiləri daşıyan avtobus toqquşub. Hadisə zamanı azı 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.














