Braziliyanın Fortoleza şəhərində gecə klubunda atışma baş verib. İnsident nəticəsində 18 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ölənlərin əksəriyyəti qadındır. Şahidlərin sözlərinə görə, hücum etmiş 15-dək silahlı şəxs kluba üç avtomobillə gəlib.
Polis hücumun "Guardianes del Estado" cinayətkar qrupun üzvləri tərəfindən törədildiyini ehtimal edir. Publika.az