Burseya dağı terrorçulardan təmizləndi

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşayan Burseya dağını PKK terrorçularından təmizləyib. Bu barədə “Anadolu” agentliyi məlumat verib. Qeyd edək ki, bir neçə saat əvvəl Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb. Türkiyə Silahlı Qüvvələri və müxalif “Azad Suriya Ordusu” (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində yerləşən və strateji əhəmiyyət daşayan Burseya dağını PKK terrorçularından təmizləyib. Bu barədə "Anadolu" agentliyi məlumat verib.

Qeyd edək ki, bir neçə saat əvvəl Suriyanın Afrin bölgəsində yerləşən Burseya dağında ağır hərbi toqquşmalar başlayıb. Türkiyə Silahlı Qüvvələri və müxalif "Azad Suriya Ordusu" (ASO) bu ərazidə yerləşən PKK və PYD-ə məxsus hədəfləri bombalayıb.

Terrorçular Türkiyənin Burseya dağı ilə sərhəddə yerləşən Kilis vilayət mərkəzinə, həmçinin ASO-nun nəzarət etdiyi Suriyanın Azez şəhərindəki mülki şəxsləri raket hücumları ilə hədəfə alıb. Hazırda terrorçulara aid hədəflər havadan və qurudan atəşə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31