Nazir Türkiyəyə buraxılmadı
Göyərtəsində Yunanıstanın Müdafiə naziri Panos Kammenosun da olduğu hərbi gəmi Türkiyə sularına buraxılmayıb. Yunan gəmisi Kardak adasına əklil qoymaq üçün Türkiyə sularına daxil olmaq istəyib. Türkiyə tərəfinin xəbərdarlığından sonra Yunanıstana məxsus hərbi gəmi türk sularını tərk edib.
28 Yanvar 2018 19:12 DünyaGöyərtəsində Yunanıstanın Müdafiə naziri Panos Kammenosun da olduğu hərbi gəmi Türkiyə sularına buraxılmayıb. Yunan gəmisi Kardak adasına əklil qoymaq üçün Türkiyə sularına daxil olmaq istəyib.
Türkiyə tərəfinin xəbərdarlığından sonra Yunanıstana məxsus hərbi gəmi türk sularını tərk edib.
Qeyd edək ki, Kardakla bağlı gərginlik 22 ildir davam edir. 1995-ci il dekabrın 25-də Figen Akar adlı türk gəmisi kardak yaxınlığında quma oturub. 1996-cı il yanvarın 26-da yunanlar bu gəmini özünkilədirmək istəsə də, buna nail ola bilməyib.