MEKSİKADA QƏTLİAM: 8 nəfər güllələndi

Meksikada silahlı hücum nəticəsində 7 nəfər ölüb, bir nəfər ağır yaralanıb. Bu barədə "Vanguardia" qəzeti Nugvo-Leon ştatının Baş Prokurorluğuna istinadən məlumat yayıb.

Hadisə yerli vaxta saat 21.15 radələrində Monterreya qəsəbəsində baş verib. Bir qrup üzü maskalı silahlı qəsəbədəki evlərdən birinə daxil olub, atəş açmağa başlayıb. Nəticədə 7 nəfər hadisə yerində ölüb, bir nəfər ağır yaralanıb. "Mundo" qəzeti isə həmin yaralı şəxsin xəstəxanada öldüyünü yazıb. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31