Dünya
İranda qadınlar geyim qaydalarına qarşı yenə etiraza qalxdı
İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər. Qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb.
Ermənistanda tüğyan edən inflyasiya süd bazarını da çökdürdü
Ermənistanda ötən il quraq keçdiyi üçün mal-qara üçün yem kifayət etməyib və bu da süd istehsalının azalmasına səbəb olub. Bu barədə Ermənistan KİV-ləri yazır.
Türkiyədə dövlət qurumlarından 100 mindən çox işçi qovulub
Türkiyədə Gülən hərəkatı ilə mübarizə çərçivəsində 110 778 nəfər dövlət qurumlarından xaric edilib. Məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. B.Bozdağ qeyd edib ki, onlardan 3604-ü hərəkatda iştirak etmədikləri müəyyən olunduqdan sonra iş yerlərinə bərpa olunub.
Moskvada 1 gündə 700 yol-nəqliyyat hadisəsi baş verib
Moskvada ötən bir sutka ərzində 700-ə yaxın yol-nəqliyyat hadisəsi qeydə alınıb. Məlumata görə, sinoptiklər 30-31 yanvar tarixlərində Rusiya paytaxtında güclü qar proqnozlaşdırıblar. RF Fövqəladə Hallar Nazirliyi Mərkəzi regionun subyektləri ərazisində yolların buz bağlayacağı barədə xəbərdarlıq edib. Artıq ötən sutka ərzində, yanvarın 30-da Moskvada maddi zərərlə nəticələnən 691 yol-nəqliyyat hadisəsi baş verib.
Pentaqondan Menbiç açıqlaması: ABŞ türk ordusu ilə üz-üzə...
Türkiyə ilə istənilən səviyyədəki problemin həlli üçün səy göstəririk. Bu sözləri “Xəbərtürk” müxbiri Nalan Koçakın “Türk və ABŞ orduları Menbiçdə üz-üzə gələ bilər?” sualına cavab verərkən Pentaqon sözçüsü Adrian Qallovey deyib.
Britaniya: İrana qarşı bu müsəlman ölkəsi ilə...
İrana qarşı Səudiyyə Ərəbistanı ilə eyni cəbhədəyik. Bunu “Əl Arabiya” televiziyasına müsahibəsində Britaniya Xarici İşlər naziri Boris Conson söyləyib.
Makron münaqişənin həllindən sonra Dağlıq Qarabağa səfər edəcəyini bəyan edib
"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi FransaDağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək". Bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.
Putin Ərdoğanla Suriyada deesklasiya zonalarında birgə fəaliyyəti müzakirə etdi
Putinlə Ərdoğan arasında telefon danışığı olub
Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Məlumata görə, bu barədə Kreml rəsmi xəbər yayıb. Kremlin yaydığı məlumata görə, V.Putin və R.T.Ərdoğan telefon söhbəti zamanı baş tutmuş Suriya Milli Dialoqu Konqresi barədə müzakirələr aparıblar.
Özünü asan gəlinin intihar məktubu: təcavüz, bacılarımın ərimlə xəyanəti...
"Yenə xəyanət... Ey həyat, daha nələr yaşadacaqsan, haradan vuracaqsan? Əvvəlcə ata təcavüzü, sonra bacılarımın ərimlə xəyanəti, sonra da sevgilimin mənə xəyanəti... Həyata necə bağlanım? İki qızıma nə verim? Nə verə bilərəm? Anayam mən? Suallar çoxdu, amma cavab yoxdur.
19 yaşlı qız anasına ev almaq üçün əxlaqsız yolu seçdi, təhqir olundu
Pul qazanmaq üçün "asan yol" seçən qızların sayı artmaqdadır. Bu dəfə də braziliyalı tələbə bakirəliyini satışa çıxarıb. 19 yaşlı Rosalie Pinho bakirəliyini dəyərləndirmək qərarına gəlib. Braziliyalı qız bəkarətini yüksək məbləğə hərraca çıxarıb. İddialara görə, onun üçün 620 min dollar təklif olunub.
Reyhanlıya iki raket atıldı – Bir məktəbli həlak oldu
Suriyanın Afrin bölgəsində YPG terror təşkilatı tərəfindən Türkiyənin Hatay vilayətinə iki raket zərbəsi endirilib. Oyalylar.az bildirir ki, Hatayın Reyhanlı bölgəsinə atılan raketlər iki ayrı evə düşüb. Hadisə nəticəsində 17 yaşındakı məktəbi Fatma Avlar həlak olub, bir qadın ağır yaralanıb.
Türkiyə təyyarələri Afrində aeroportu bombalayır
Türkiyənin Hərbi Hava Qüvvələri Afrin şəhəri yaxınlığında “Minnak” hava limanını bombalayır. Məlumata görə, bu barədə hərbi mənbəyə istinadən xəbər verilib. Hava hücumlarına məruz qalan aeroportdan terrorçuların baza olaraq istifadə etdikləri barədə məlumat əldə edilib. Eləcə də son dəqiqələr Afrin yaxınlığında Maranez və Bafel yüksəklikləri uğrunda döyüşlər getdiyi bildirilib.
"Zeytun budağı"nın son gündəliyi - Bak Ubasi azad edildi və...
Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb. Məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 712 terrorçusu zərərsizləşdirilib. Məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 22 yeni hədəf – atəş nöqtələri, silah anbarları və digər məntəqələr məhv edilib.
“Kreml hesabatı” son anda dəyişdirilib – Müəllifdən şok
“Kreml hesabatı” son anda dəyişdirilib. Bu iddia ilə Atlantik Şurasının eksperti və “Kreml hesabatı”nın müəlliflərindən biri Anders Oslund söyləyib.














