Dünya
“Instagram”da videozənglər funksiyası istifadəyə veriləcək
“Instagram” sosial şəbəkəsində tezliklə videozənglər funksiyası istifadəyə veriləcək. Bu barədə “Wabetinfo” portalı məlumat verib. Məlumata görə, sosial şəbəkə hazırda istifadəçilər arasında videorabitə imkanını sınaqdan keçirir. Həmçinin əlavənin aktual versiyasının kodunda yeni “Instagram” funksiyasına eyham vurulub. Gələcəkdə bildirişlər blokunu açaraq konkret istifadəçini seçən zaman sağ yuxarı küncdə kamera nişanını görmək mümkün olacaq.
Yeni nəsil “iPad” planşeti 2018-ci ilin sonunda təqdim olunacaq
Nüfuzlu analitikin versiyasına görə, yeni "iPad" planşeti neyron şəbəkəsinə malik prosessor və "Face ID" texnologiyası ilə təchiz ediləcək.
“Google” süni intellekti xəstəlikləri diaqnozlaşdıracaq
ABŞ-ın “Google” şirkətinin mütəxəssisləri xəstəxana pasiyentlərinin xəstəliklərinə diaqnoz qoyan və xəstəliyin inkişafını proqnozlaşdıran süni intellektin yaradılması üzərində çalışırlar. “Google” ekspertləri ilə yanaşı, unikal layihə üzərində Çikaqo və Kaliforniya universitetlərinin tibb mərkəzlərinin əməkdaşları iş aparırlar.
Süni intellekt mədə xərçəngi xəstəliyini 90% dəqiqliklə müəyyənləşdirir
Yapon alimləri tərəfindən hazırlanmış süni intellekt sistemi mədənin daxili görünüşü əsasında mədə xərçəngi xəstəliyinə 90% dəqiqliklə diaqnoz qoymağı öyrənib. Mütəxəssislər müəyyən müddət ərzində xəstəliyin inkişaf mərhələsindən asılı olaraq inkişaf edən şişlərin şəkilləri əsasında bilik bazası yaradıblar. Bundan sonra sistem real şəraitdə sınaqdan keçirilib.
“HTC” şirkətinin smartfon biznesi satılıb smartfon biznesi satılıb
ABŞ-ın “Alphabet” holdinqi Tayvanın “HTC” şirkətinin smartfon biznesinin bir hissəsinin 1,1 milyard dollara satın alınması üzrə sazişi rəsmən başa çatdırıb. Bu barədə “Google” şirkətinin avadanlıqlar üzrə vitse-prezidenti Rik Osterlo məlumat verib.
Koreyalılar uzadıla bilən və elastik batareyalar yaradıblar
Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mütəxəssisləri növbəti nəsil daşınan qurğular üçün uzadıla bilən və elastik batareyalar yaradıblar.
Donbası Rusiyaya birləşdirmək vaxtı çatdı – FTX generalı
Donbas Rusiyaya birləşdirilməlidir. Bu barədə bəyanatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov söyləyib. Onun sözlərinə görə, “Kreml hesabatı”na Rusiya rəhbərliyindəki şəxslərin daxil edilməsi Moskvanın səbrini daşırmalıdır:
Separatçı liderin etiraf: “Məni qurban verdilər”
Mənim tərəfdaşlarım məni qurban verdilər. Bu sözlər Kataloniya hökumətinin eks-rəhbəri Karlos Puçdemon özünün səhiyyə üzrə keçmiş məsləhətçisi Toni Kominə göndərdiyi mesajda yer alıb. Mesajın mətnini “Tele 5” yayıb.
“Sadəcə Mariya” serialı ilə hər kəsin qəlbində taxt quran AKTRİSA 28 İL SONRA
Meksikalı aktrisa Viktoriya Ruff ölkəmizdə 90-cı illərdə yayımlanan “Sadəcə Mariya” serialı sayəsində məşhurlaşıb. Serialda rolunu çox təsirli ifa edən aktrisanı çoxları indiyədək unutmayıb. “Sadəcə Mariya” serialının çəkilməsindən artıq 26 il ötüb. Serialın əsas aktrisası Viktoriya Ruffo bu müddət ərzində çox dəyişib, ancaq indiyə qədər çox gözəldir, gümrah və cavan görünür, həm də aktyorluq karyerasını davam etdirir.
Baş nazir: “Makron düzgün düşünmür”
“Türkiyə Afrin əməliyyatında işğal məntiqi ilə hərəkət etmir”. Bunu Türkiyənin Baş naziri Binali Yıldırım bildirib.
Aeroportda mədəsində 60 paket kokaini keçirmək istəyən qadın saxlanıldı
Tailandda hava limanı ərazisində polis əməkdaşları mədəsində 60 paket kokain keçirməyə cəhd göstərən qadını saxlayıblar. Məlumata görə, polis əməkdaşları aeroportda braziliyalı qadını saxlayaraq rentgendən keçiməsini tələb ediblər. Nəticədə onun mədəsindən narkotik maddələr aşkar edilib. Kokain paketlərinin ümumi çəkisi açıqlanmayıb.
Solsahil Ukrayna Rusiyaya verilir, iki ölkəyə zərbələr endirilir – ŞOK RAZILAŞMA - VİDEO
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin Ukraynanın bölüşdürülməsini razılaşdırmaq üçün ABŞ-a Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Mayk Pompeo ilə görüşə gedib.
İnstaqramda mühüm YENİLİK
İnstaqramda daha bir yenilik tətbiq edilib. Artıq tvitterdə olduğu kimi, instaqram proqramında da paylaşımların zamanlanması xüsusiyyəti olacaq. Bu xüsusiyyət sayəsində istifadəçilər paylaşmaq istədikləri foto və videoları gələcək zaman üçün yükləyə biləcək və istədikləri saata uyğun olaraq dostları ilə bölüşəcəklər.
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri, general-polkovnik Rüstəm İnoyatov tutduğu vəzifən azad edilib. Bu barədə “Ferqana” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Onun yerinə ölkənin baş prokuroru İxtiyar Abdullayev təyin olunub.
Ukraynada azərbaycanlı naziri işdən çıxardılar
Ukraynanın Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin başçısı vəzifəsindən kənarlaşdırılmış Roman Nəsirovun çıxarılması haqda qərar qəbul edib. Müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib.














