Dünya

Bağdadinin qaçdığı yer məlum oldu – Yeni İŞİD bu ölkələrdə QURULACAQ

1 Fevral 2018 11:39

İraq və Suriyada ələ keçirdiyi torpaqların demək olar ki, hamısını itirən İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadi Afrikaya qaçıb. Bu haqda İŞİD üzrə mütəxəssis Hişam əl-Haşimi Böyük Britaniyanın “The Sun” qəzetinə bildirib. O, Bağdadinin Niger-Əlcəzair sərhədinin qanundan uzaq bölgələrində, ya da Çadın şimalında gizləndiyini söyləyib.

Ukrayna keçmiş baş nazirini axtarışa verdi

1 Fevral 2018 11:32

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov axtarışa verilib. Bu barədə informasiyanı öz Feysbuk səhifəsində Ukraynanın Baş prokuroru Yuri Lutsenko paylaşıb. O, Azarovla bərabər Milli Bankın keçmiş rəhbəri Sergey Arbuzovun da axtarışa verildiyini bildirib.

Türkiyəyə daha bir raket zərbəsi endirildi

1 Fevral 2018 11:18

Səhər saatlarında Türkiyənin Kilis şəhəri PKK terror təşkilatının hücumuna məruz qalıb. Olaylar.az bildirir ki, Suriyanın Afrin şəhərində sığınan PKK terror təşkilatı adıçəkilən şəhərə raket zərbəsi endirib. Zərbə şəhərin mərkəzində yerləşən iki mərtəbəli evin birinci mərtəbəsinin çöl divarını zədələyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət olan olmayıb.

Qocalar evində FACİƏ

1 Fevral 2018 11:17

Yaponiyanın Hokkoydo şəhərində baş verən yanğın faciə ilə nəticələnib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər cəlb olunub. Olaylar.az bildirir ki, qocalar evində baş verən yanğın zamanı 11 yaşlı şəxs həlak olub, üç nəfər ağır yaralanıb.

İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı

1 Fevral 2018 11:11

Qara dənizin Krım yarımadasına yaxın hissəsində Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində gəminin korpusu zədələnib. Gəmidə olan 12 ekipaj üzvü evakuasiya edilib. "12 nəfərlik ekipajla “Berq” quru yük gəmisinin korpusu zədələr alıb”, - agentliyin həmsöhbəti deyib.

İraqın şimalında terrorçular məhv edildi

1 Fevral 2018 10:50

Türk Silahlı Qüvvələri İraqın şimalında Qandil, Zap, Avasin – Basyan və Hakurk bölgələrində iki ayrı hava əməliyyatı zamanı 49 terrorçunu məhv edib. Olaylar.az bildirir ki, öldürülən terrorçuların hansı terror təşkilatının üzv olduqları haqqda heç bir məlumat verilmir.

Ordu generalı həlak oldu

1 Fevral 2018 09:34

Suriya ordusu çərşənbə günü Deyr-əz-Zorun əyalət mərkəzinin ətrafında yerləşən Məyadin rayonunda İŞİD terrorçularının hücumunu dəf edib.

ABŞ-dan uğursuz raket sınağı

1 Fevral 2018 09:31

Havay adalarında ABŞ hərbi qüvvələri tərəfindən keçirilən PRO “Aegis” sisteminin sınağı uğursuzluqla nəticələnib. “Aegis” sistemi ilə təchiz olunan SM-3 zenit raketi təyyarədən buraxılan obyekti hədəf ala bilməyib.

Bu əsərlərin keçmiş sahibləri axtarılır

1 Fevral 2018 09:30

Müxtəlif dövrlərə və üslublara aid 31 rəsm əsəri Luvr muzeyinin daimi ekspozisiyasına daxil edilib. Bu məqsədlə iki xüsusi zal ayrılıb. Həmin əsərlərin hamısı alman işğalı zamanı fərdi şəxslərdən müsadirə olunub və Fransadan aparılıb. Hazırda bu rəsm əsərlərinin keçmiş sahiblərini tapmaq muzeyin əsas məqsədidir.

Putin ÜZR İSTƏDİ

1 Fevral 2018 09:18

Rusiya prezidenti Vladimir Putin ölkəni beynəlxalq yarışda təmsil edən idmançıları dopinq qalmaqalından qoruya bilmədiklərinə görə, onlardan üzr istəyib. Bu barədə Putin Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşü zamanı bildirib.

Danışan balinalar - VİDEO

1 Fevral 2018 09:16

Yeni elmi araşdırmalar dünyanın bütün okeanlarında rast gəlinən qatil balinaların qəribə xüsusiyyətini ortaya qoyub. Alimlər qatil balinaların insan səsinə bənzər səslər çıxara bildiyini üzə çıxarıb. Araşdırmada üzərində analizlər aparılan 14 yaşlı “Viki” adlı balina ingiliscə “salam”, “Amy” və “bay bay” kimi sözləri təqlid edib. Əlavə olaraq, 3-ə qədər saymağı da bacarıb.

Daha bir şirkət avtomobillərini geri çağırır

1 Fevral 2018 09:01

 "Mitsubishi" şirkəti Rusiyada 16,5 mindən çox avtomobili geri çağırıb. Bu qərar avtomobillərdə öndə oturan sərnişinin təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Öcalanın  abidəsi dağıdıldı

1 Fevral 2018 08:57

Türkiyə ordusu PKK lideri Abdullah Öcalanın Suriyanın Afrin bölgəsində inşa edilən abidəsini bombalayıb. Pilotsuz uçuş aparatları (PUA) ilə vurulan abidə yerlə-yeksan olub.