Türkiyəyə daha bir raket zərbəsi endirildi

Səhər saatlarında Türkiyənin Kilis şəhəri PKK terror təşkilatının hücumuna məruz qalıb. Olaylar.az bildirir ki, Suriyanın Afrin şəhərində sığınan PKK terror təşkilatı adıçəkilən şəhərə raket zərbəsi endirib. Zərbə şəhərin mərkəzində yerləşən iki mərtəbəli evin birinci mərtəbəsinin çöl divarını zədələyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət olan olmayıb.

Hadisə yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb olunub.

Qeyd edək ki, yanvarın 20 - də Türk Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində İŞİD, YPG, PKK terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31