Dünya
Afrində “xristian ordusu”: ermənilər YPG-yə yerləşdirilir
PYD/PKK terror qruplaşmasının “asayişi qorumaq” adı altında yaratdığı saxta polis təşkilatı Suriyanın şimal-şərqindəki xristian aysorlara (assuriyalılar) qarşı əməliyyat keçirir. Məlumata görə, bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar. Təkcə yanvarın 19-da “asayiş polisləri” 4 erməni və 3 aysoru naməlum istiqamətə qaçırıb. Onların və daha sonra qaçırılan xristianların PYD/PKK düşərgələrində təlim gördüyü və Türkiyənin antiterror əməliyyatları apardığı Afrinə göndərildiyi qeyd edilib.
Qısqanc qadın sevgilisinin cinsiyyət orqanını kəsdi - Qəribə səbəb
Qazaxstanda qəribə olay baş verib. Zhanna Nurzhanova ( Canna Nurcanova ) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib.
Putin nazir müavinini işdən azad etdi
Rusiya prezidenti Vladimir Putin xarici işlər nazirinin müavini Gennadi Qatilovu vəzifəsindən azad edib. Məlumata görə, bu barədə V.Putin müvafiq sərəncam imzalayıb.
Lavrov İtaliyanın ATƏT-dəki sədrliyindən danışdı: Maraqlıdır
Rusiya İtaliyanın ATƏT-dəki sədrlik proqramını konstruktiv və gələcəyə yönəlik hesab edir. Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov italiyalı həmkarı və ATƏT-in hazırkı sədri Ancelino Alfano ilə görüşü zamanı deyib.
Moskvada Rusiya və İtaliya XİN rəhbərləri arasında görüş keçirilir
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İtaliyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano arasında görüş keçirilir. Məlumata görə, görüşdə əsas diqqət 2018-ci ilə görüləcək iş planına, o cümlədən ATƏT regionunda təhlükəsizlik, inamın bərpa olunması, eləcə də terrorla, narkotrafiklə və kiber təhlükə ilə mübarizəyə yönələcək. S. Lavrov çıxışında İtaliyanın ATƏT-in fəaliyyəti ilə bağlı planını müsbət qiymətləndirdiyini deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, sizinATƏT məkanında miqrasiya böhranı ilə bağlı planınızı dəstəkləyirik. Bugünkü görüşdə də İtaliyanın ATƏT-ə sədrlik dövründə planlaşdırdıqları işləri eşitməyə hazırıq". A. Alfano isə çıxışında ATƏT-ə sədrliyin çox böyük məsuliyyət olduğunu söyləyib: "Biz bunda strateji imkanlar görürük".
Siciliyada "Koza Nostra"ya qarşı ƏMƏLİYYAT
İtaliyanın Siciliya adasında mafiyaya qarşı əməliyyatlar davam edir. Məlumata görə, Palermo şəhərində həyata keçirilmiş əməliyyat nəticəsində 31 nəfər saxlanılıb. Saxlanılanlar çirkli pulların yuyulması, qanunsuz qumar oyunları və mafiya ilə əməkdaşlıqda şübhəli bilinib.
Qaçqın düşərgəsində PARTLAYIŞ: 5 ölü, 40 yaralı
Nigeriyanın şimal-şərqində partlayış baş verib. Hadisə Borno ştatında qaçqın düşərgəsində qeydə alınıb. Məlumata görə, partlayış nəticəsində azı 5 nəfər həlak olub, 40-a yaxın şəxs yaralanıb.
Evlənəcəyi qadının üzünü ilk dəfə toyda görən bəy qorxdu: "Zibilə qalsın" - VİDEO - FOTO
Avstraliyanın "Channel Seven" kanalında yayımlanan "Married At First Sight" (İlk görüşdə evlilik) verilişində maraqlı anlar yaşanıb.
Türkiyə əhalisinin sayı 80 milyon nəfəri ötüb
Türkiyədə əhalinin sayı 80 milyon nəfəri ötüb. Bu barədə Türkiyə Statistika Qurumu (TUİK) məlumat yayıb. Statistikaya əsasən, 2017-ci ildə əhalinin sayı 2016-cı ilə nisbətən 995654 nəfər artaraq 80 milyon 525 min nəfər olub.
İranda “quş qripi”nə görə 21 milyon toyuq məhv edilib
İranda “quş qripi”nə görə ilin əvvəlindən (martın 21-dən) indiyədək 21 milyon toyuq məhv edilib. Bunu İranın Baytarlıq İdarəsinin rəhbəri Əlirza Rafiipur deyib. Ə. Rafiipur qeyd edib ki, bu günə qədər 421 mərkəzdə “quş qripi” virusu aşkarlanıb.
Rusiyada prezident seçkilərində terror planlaşdıran İŞİD üzvü öldürülüb
Rusiyanın Nijni Novqorod şəhərində terror törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib. Bu barədə Rusiya Federal Təhülkəsizlik Xidmətindən məlumat verilib.
Rusiya kəşfiyyatının rəhbərləri məxfi şəkildə ABŞ-a getdi
Rusiyanın üç əsas kəşfiyyat xidmətinin rəhbəri gözlənilmədən ABŞ-a səfər ediblər. Bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb. Qəzet Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin bu həftə ərzində Vaşinqtonda olduğunu bildirib. Narışkindən öncə isə ABŞ-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov (QRU) gəlib.
İstanbulda dəhşətli avtobus qəzası: Ölənlər var
Türkiyənin İstanbul şəhərində başqa bir avtobusla toqquşduqdan sonra idarəetməni itirən sərnişin avtobusu dayanacağa çırpılıb. Dəhşətli qəza Üsküdar ərazisində baş verib.
Ərdoğana arxa çıxacaq güc lazımdır, bu güc isə… - Duqin
Kürdlər ABŞ-dan üz çevirəcəklər. Bunu “Aydınlıq” qəzetinə müsahibəsində rusiyalı ideoloq və filosof Aleksandr Duqin söyləyib.
Alimlərdən şok xəbərdarlıq: Yeri böyük təhlükə gözləyir
Yerin maqnit sahəsi tədricən zəifləyir. Üstəlik, planetiin maqnit qütbləri də yerlərini dəyişə bilər. Yerin maqnit sahəsini, əsasən, dəmirdən ibarət nüvə, habelə dəmir və nikeldən ibarət ərimiş maqma yaradır. Planetimizin maqnit sahəsi canlıları kosmik şüalardakı öldürücü radiasiyadan qoruyur. Əgər maqnit sahəsi olmasaydı, Yer çoxdan Marsa çevrilərdi. Marsda da bir zamanlar okeanlar və atmosfer vardı. Lakin Marsın maqnit sahəsi yerini dəyişdiyindən okeanlarla hava yoxa çıxıb.














