Dünya
“Nuro” şirkəti sifarişlərin çatdırılması üçün sürücüsüz avtomobil təqdim edib
"Nuro” startapı tərəfindən təqdim edilmiş yığcam sürücüsüz avtomobil prototipi müştəri sifarişlərinin çatdırılması üçün nəzərdə tutulub.
Sənaye müəssisələrinə məqsədli haker hücumlarının sayı artır
“Kasperski laboratoriyası” antivirus şirkəti sənaye müəssisələrinə qarşı məqsədli haker hücumlarının sürətlə yayılmasını əks etdirən tədqiqatın nəticələrini dərc edib.
Misir paytaxtı dəyişir? - Hökumət səhraya köçürülür
Misir prezidentinin dəftərxanası və hökumət il yarım ərzində yeni paytaxta köçürüləcək. Məlumata görə, bunu məsələ ilə bağlı layihənin rəhbəri Əhməd Zəki Abdin bildirib. Layihə rəhbərinin sözlərinə görə, yeni rayonda artıq tikinti işlərinə başlanılıb.
Səudiyyə Ərəbistanında qadınlarla bağlı YENİ QƏRAR
Səudiyyə Ərəbistanında qadınları tezliklə ictimai qidalanma sahəsində işə götürməyə başlayacaqlar. Bu haqda “Khaleej Times” nəşri bildirib. Qadınları birinci mərhələdə ölkənin 16 restoranında sınaq müddətinə işə götürəcəklər. Həmçinin restoranların sahibləri ilə xüsusi məsləhətçi şura yaradılacaq. Şura bu sferada qadınların işə götürülməsi strategiyasını müzakirə edəcək.
İşğal planı niyə BAŞ TUTMADI? – Rusiyalı şərhçidən sensasiyalı İDDİALAR
“Fərdi sanksiyaların tətbiqi olmadan dərc edilmiş “Kreml məruzəsi” hədəfin optik nişanla işarələnməsidir. Həmin siyahıya salınan şəxslərdən hər biri sanksiyaların altına düşə bilər”.
Türkiyə Rusiyadan 52 dinc sakinin qətlinin təşkilatçısını istəyir
Türkiyə 5 il əvvəl ölkənin Hatay əyalətində törədilən və 52 dinc sakinin öldüyü terror aktının əsas təşkilatçılarından olan terrorçunun təhvil verilməsini tələb edib.
Sarkisyanın varisi Moskvaya getdi
Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizəd irəli sürdüyü Armen Sarkisyan Moskvaya səfər edib. Bu barədə A.Sarkisyanın media-qərargahı məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində o, Rusiya Federasiyasındakı erməni diasporunun nümayəndələri ilə görüşəcək. Həmçinin qeyd edilir ki, ən yaxın günlərə namizədin erməni icmasının digər təbəqələri ilə görüşləri də planlaşdırılıb.
Vanqa ilə bağlı bilmədiyiniz GERÇƏKLƏR - 14 MÜƏMMA
Dünyanın ən böyük və ən sirli kahinlərindən biri olan “Balkanların Nostradamusu” ləqəbli Vanqanın həyatı hər kəsin maraq dairəsindədir.
Rusiya FHN rəhbəri: "Əminik ki, "Vostok" gəmisinin ekipajı sağdır"
"Yapon dənizində batan "Vostok" balıqçı gəmisinin axtarışları davam etdiriləcək". Məlumata görə, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. O bildirib ki, "Vostok" gəmisinin axtarışları nə qədər lazımdırsa, o qədər davam edəcək: "Əminik ki, gəminin ekipajı sağdır. Xilasetmə əməliyyatını nə qədər tələb olunrusa, o qədər aparacağıq". Nazir hazırda genişmiqyaslı axtarış əməliyyatının həyata keçirildiyini, FHN-nin aviasiyasının hadisə yerində işlədiyini söyləyib. Onun sözlərinə görə, rayonda müşahidə olunan hava şəraiti xilasedicilərin işini çox çətinləşdirir.
Afrində öldürülən terrorçuların sayı 790-a çatıb
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində davam etdirdiyi anti-terror əməliyyatı nəticəsində öldürülən terrorçuların sayı açıqlanıb. TSQ Baş Qərargahı bu barədə məlumat yayaraq öldürülən İŞİD və PKK üzvlərinin 790 nəfər olduğunu bildirib.
Türk ordusu şəhid verdi, 5 əsgər yaralandı
Hakkari vilayətində türk əsgəri şəhid olub. PKK terrorçuları tərəfindən Türkiyənin Hakkari vilayətinin Çukurca mahalına atılan raketin partlaması nəticəsində 1 əsgər şəhid olub, 5 əsgər yaralanıb.
Rusiya ABŞ-ın sanksiyasına cavab hazırlamır
Rusiya “Kreml hesabatı”na cavab hazırlamır. Bu barədə informasiyanı Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiə Komissiyası yayıb. Komissiyada ölkənin suverenliyinə müdaxilə anlayışını gücləndirəcək xüsusi qanun layihəsi hazırlandığı bildirilib.
Qadınları bir kişidən başqasına ötürürlər – Nazarbayev hərəkətə keçməyi ƏMR ETDİ
Ötən həftə Qazaxıstan parlamentinin deputatları dini fəaliyyət və dini təşkilatlara aid bəzi qanunverici aktlara dəyişikliklər və əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi ilə tanış oldu.
Xəyanət mesajları 11 illik evliliyə son qoydu
Aktrisa və aparıcı Gül Gölge jurnalist əri Murat Sayqından boşanır. Cütlüyün 11 illik ailə həyatının bitməsinə səbəb xəyanət iddialarıdır. Belə ki, Gül yaxın rəfiqəsi Elif Gönlümün basketbolçu həyat yoldaşı Kərəm Gönlümə eşq mesajları yazıb.
PKK türk ordusuna hücum etdi - 1 şəhid, 5 yaralı
PKK terrorçuları Türkiyənin Hakkari bölgəsinin Çukurca mahalında Türkiyə hərbçilərinin mövqelərinə hücum edib. Hücum nəticəsində 1 əsgər şəhid olub, daha 5-i yaralanıb.














