Dünya

İordaniya KXDR ilə diplomatik münasibətləri kəsdi

2 Fevral 2018 09:36

İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib. Bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb.

Fransada müsəlmanlara qarşı zorakılıq hallarının sayı artır

2 Fevral 2018 09:25

Fransada antisemitizm, irqçi və anti-müsəlman aktlara dair 2017-ci il üçün dövlət hesabatının nəticələri açıqlanıb. Ötən il Fransada anti-semit, irqçi və anti-müsəlman əsasda törədilmiş təhdidlərin sayı azalsa da, zorakılıq hallarının sayı artıb. İrqçilik əsasında edilmiş təhdidlər 17,36% (2016-cı ildə 524, 2017-ci ildə 433), anti-semit əsasda edilmiş təhdidlər 17,1% (2016-cı ildə 258, 2017-ci ildə 214) və nəhayət anti-müsəlman əsasda edilmiş təhdidlər isə 58,5% (2016-cı ildə 118, 2017-ci ildə 49) azalıb.

Hərbi təyyarə qəzaya uğradı

2 Fevral 2018 09:22

Çində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ən azı 12 heyət üzvü həyatını itirib. Qəzaya "Y-8"in bazasında şəkli dəyişdirilmiş yeni tip yanacaqdoldurma təyyarəsi uğrayıb.

“Zeytun budağı”əməliyyatının  13-cü gün

2 Fevral 2018 09:21

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabat açıqlanıb. Türkiyənin Baş Qərargahının yaydığı məlumata görə, “Zeytun budağı” əməliyyatının 13-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 14 hədəf məhv edilib.

Məktəbli qızdan dəhşətli əməl

2 Fevral 2018 09:14

ABŞ-ın Los-Anceles şəhərində məktəbli qız sinifdə odlu silahdan atəş açıb, nəticədə 2 yeniyetmə yaralanıb. Yaralananlardan birinin vəziyyətinin kritik olduğu bildirilir. 15 yaşlı məktəblinin başından ağır yaralandığı bildirilir. Digər məktəbli isə qolundan yaralanıb.

Fidel Kastronun oğlu intihar etdi

2 Fevral 2018 09:12

Kubanın sabiq lideri Fidel Kastronun böyük oğlu, elmlər doktoru Fidel Anxel Kastro Dias-Balart intihar edib. Fidel Anxel Kastro bir neçə ay ağır depressiya ilə əlaqədar xəstəxanada həkim nəzarətində olub, daha sonra ambulator rejimə keçirilibmiş. Alim intihardan etməzdən əvvəl məktub yazıb.

“Facebook” şirkətini uşaqları “Messenger Kids” proqramından qorumağa çağırıblar

1 Fevral 2018 19:44

Bir sıra səhiyyə təşkilatlarının nümayəndələri “Facebook”un baş direktoru Mark Zukerberqə ünvanlanmış açıq məktubu dərc ediblər. Aktivistlər məktubda şirkəti “Messenger Kids” proqramının fəaliyyətini dayandırmağa çağırıblar. Onlar iddia edirlər ki, mobil proqram yaşı 13-dən az olmayan uşaqlar üçün nəzərdə tutulub, halbuki şirkət bu servisi "5-12 yaşlı uşaqlar üçün sadə və təhlükəsiz" kimi  təsvir edirlər.

Dünyada internet istifadəçilərinin sayı nə qədərdir?

1 Fevral 2018 19:38

“We Are Social” agentliyi və “Hootsuite” platforması qlobal internet auditoriyasının həcminin qiymətləndirildiyi tədqiqatın nəticələrini açıqlayıb.

Bu brauzer informasiya axtarışına yanaşmanı dəyişdirir

1 Fevral 2018 19:32

“Google Play” və “App Store” proqram mağazalarında internetdə axtarışa tamamilə yeni yanaşma təklif edən “Cake Browser” adlı mobil brauzer peyda olub. “Cake Browser” mobil brauzerinin özəlliyi ondan ibarətdir ki, istifadəçilər bu brauzerdə ənənəvi istinadlar siyahısı görməyəcəklər.

Aİ-də bərpa olunan enerjinin payı ilk dəfə kömür enerjisinin payını üstələyib

1 Fevral 2018 19:26

2017-ci ildə Avropa İttifaqı ölkələrində bərpa olunan mənbələrdən hasil edilən enerjinin payı tarixdə ilk dəfə kömürlə işləyən elektrostansiyalarda istehsal edilən enerjinin payını üstələyib. Bu barədə “Quartz” nəşri “Sandbag” və “Agora Energiewende” mərkəzlərinin hazırladığı birgə hesabata istinadən məlumat verib.

Bu smartfon ən yaxşı avtonom işləmə müddətinə malikdir

1 Fevral 2018 19:19

“PhoneArena” resursu bu yaxınlarda təqdim edilmiş qabaqcıl “Honor V10”  smartfonunun avtonom işləmə müddəti üzrə nəticələrini dərc edib. Mütəxəssislər sözügedən aparatı ən müxtəlif istifadə ssenariləri (3G və Wi-Fi üzrə veb sörfinq, telefonla söhbət və videolara baxış) üzrə yoxlayıblar. Sözügedən aparat mobil bazarın liderləri arasında ən yaxşı nəticələrdən birini nümayiş etdirib.