İclasa gecikən nazir istefa verdi: "Çox utanıram..." - VİDEO
2 Fevral 2018 04:33 Sosial\Böyük Britaniyanın Beynəlxalq İnkişaf naziri Maykl Beyts Lordlar palatasının iclasına gecikdiyi üçün istefa verdiyini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə "Qardian" informasiya yayıb. "Yerimdə olmadığım üçün çox utanıram. Buna görə də dərhal Baş nazirə istefamı təklif edəcəm. Üzr istəyirəm", - parlamentin iclasına cəmi bir neçə dəqiqə gecikən nazir bildirib. Nazirin istefa ilə bağlı sözləri Lordlar palatasında etirazla qarşılanıb. Böyük Britaniyanın Baş nazirinin ofisində nazirin istefa ərizəsinin qəbul edilmədiyi və Beytsin öz postunda qaldığı bildirilib. Qeyd edək ki, Maykl Beyts 2008-ci ildə nazir postuna gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31