Dünya

Qısqanclığa qurban gedən oğlanın daha övladı olmayacaq

2 Fevral 2018 14:14

Ötən gün Qazaxstanda baş verən qəribə olay barədə məlumat vermişdik. Hadisənin təfərrüatı bilinib və oğlanın fotosu yayılıb. Zhanna Nurzhanova (Canna Nurcanova) adlı 36 yaşlı qısqanc qadın sevgilisini yuxu dərmanı ilə yatdırıb, sonra da cinsiyyət orqanını kəsib.

ABŞ Rusiyanın kəşfiyyat şeflərini bağışladı - SƏBƏB

2 Fevral 2018 13:14

ABŞ Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobova qarşı sanksiyaları qismən ləğv edib.

“Bordo bereli”lər hərəkətə keçdi - KÜÇƏ DÖYÜŞƏRİ BAŞLAYIR

2 Fevral 2018 12:34

Türkiyə “Zeytun budağı” əməliyyatının davam etdiyi Afrində küçə döyüşlərinə hazırlaşır. Pilotsuz uçuş aparatları PKK/PYD terrorçularının şəhərin küçələrində yerləşdiyi mövqeləri çəkərək əməliyyat mərkəzinə göndərir. Türkiyə mülki əhalinin zərər çəkməməsi üçün yaşayış bölgələrində keçirəcəyi əməliyyatı detalların qədər incələyir. Pilotsuz uçuş aparatları vasitəsilə aparılan vizual kəşfiyyatın da məqsədi əməliyyat zamanı mülki əhalinin zərər çəkməməsidir.

ABŞ-lı admiral rüşvət aldığını etiraf edib

2 Fevral 2018 12:29

ABŞ Sakit Okean Hərbi Donanmasının hazırda həbsdə olan sabiq admiralı Troy Amundson rüşvət və əxlaqsız xidmətlər qarşılığında bəzi şəxslərə məxfi məlumat ötürdüyünü etiraf edib. O məxfi məlumatları əsasında ona rüşvət verən və əxlaqsızlıq yuvalarında ona əyləncə təşkil edən malayziyalı jurnalist Glenn Frensisə ötürdüyünü ifadə edib.

Ukraynadan xəbərdarlıq: Bizi satsanız...

2 Fevral 2018 12:21

Rusiya üzərindən sanksiyaların tez götürülməsi Avropanın parçalanmasına səbəb olacaq. Bunu Almaniya mətbuatına müsahibəsində Ukrayna Xarici İşlər naziri Pavel Klimkin söyləyib. 

Rus xəfiyyələri niyə təcili ABŞ-a getdi? - MKİ şefi açıqladı

2 Fevral 2018 12:18

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiya xüsusi xidmət orqanlarının rəhbərlərinin Vaşinqtona niyə səfər etdiklərini açıqlayıb. Pompeo bu görüşlərin mütəmadi xarakter daşıdığını bildirib. “Biz mütəmadi olan rusiyalı həmkarlarımızla görüşürük. Burada məqsəd amerikalıların təhlükəsizlikdə olmasıdır. Danışıqlarda əsas müzakirə mövzusu tərəflər arasındakı fikir ayrılıqları olub. Rusiyanın düşmən olmasına baxmayaraq, biz onlarla əməkdaşlıq edirik. Belə olmasaydı, biz amerikalıların həyatını ciddi təhlükə altına qoymuş olardıq”, - Pompeo deyib.

Əsədin yaxın ətrafına ABŞ casusları necə yerləşdirilib?

2 Fevral 2018 12:16

ABŞ Rusiya və İrana qarşı Suriyada fəaliyyət qabiliyyətini artırmaq üçün PYD-YPG terror qruplaşmalarının üzvlərini gizli şəkildə Suriyanın kəşfiyyat xidmətinə (Muhaberat) sızdırıb. “Xəbərtürk” həmçinin Əsəd rejimində bəzi yüksək vəzifəli şəxslərin də ABŞ-ın adamı olduğunu yazıb. “ABŞ bölgədə ən vacib fiqurdur.

Türkiyəyə qarşı plan həbsxanada hazırlanıb – Gizli məktublarda verilən DƏHŞƏTLİ TƏLİMATLAR

2 Fevral 2018 12:13

ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi Brett Makgurkun (Türkiyədə “müstəmləkə valisi” adlandırılır - red.) PKK məsələsinin həlli prosesində təşkilatın lideri Abdullah Öcalanla məktublaşdığı ortaya çıxıb.

İranda nümayişlər zamanı başlarını açan 29 qadın həbs edilib

2 Fevral 2018 12:07

İranda nümayişlər zamanı başlarını açan 29 qadın həbs edilib. Hökumətə yaxın özəl Təsnim xəbər agentliyinin məlumatına görə, həbslər "Ağ çərşənbə" adı ilə tanınan hicab əleyhinə kampaniyaya qarşı mübarizənin bir hissəsidir. Kampaniyaya görə hər çənşənbə günü qadınlar ağ baş örtüklərini çıxarmalıdır. Məlumatda həbslərin nə zaman və harada həyata keçirildiyi bildirlməyib. Son günlər sosial mediada icbari müsəlman örtüklərini açıb, çubuqlarda dalğalandıran qadın görüntüləri yayılır.

Bu balina insan kimi danışır- VİDEO

2 Fevral 2018 11:58

Şotlandiyanın Sent-Endryus Universitetinin alimləri əhilləşdirdikləri balinaya insan kimi danışmağı öyrədiblər. Belə ki, Viki adlı balina "salam", "gülə-gülə" sözlərini deməyi, baxıcısını Emi adı ilə çağırmağı, həmçinin 3-ə qədər saymağı bacarır. 16 yaşlı balinanın danışığının nə qədər aydın olması isə xüsusi cihaz vasitəsilə yoxlanılır.

ABŞ Rusiyanın qarşısına ŞƏRT QOYDU: "Bunları etməsə..."

2 Fevral 2018 11:49

“İndiki beynəlxalq siyasət kursundan imtina etməyəcəyi halda, Rusiya ABŞ-ın dostu olmayacaq”. Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Qərbi Virciniyada respublikaçıların müşavirəsində deyib. O, Rusiyanın 2016-cı ildə ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini “hiddətə gətirən hadisə” adlandırıb. Diplomat həmçinin Rusiya hakimiyyətini Ukraynanın ərazisini işğal etməkdə, Suriya hökumətinə dəstək verməkdə və İranın nüvə obyektlərinin daha yaxından yoxlanılmasına mane olmaqda ittiham edib.

Tanınmış alman siyasətçi İslam dinini qəbul edib

2 Fevral 2018 11:47

Almaniya üçün Alternativ ultra -sağçı partiyanın fəal üzvlərindən biri olan tanınmış siyasətçi Artur Vaqner İslam dinini qəbul edib. Siyasətçi deyib ki, "Mənim şəxsi görüşlərim müasir xristian siyasətçilərin həmcins evliliklərə münasibəti ilə ziddir. Rahiblərin həmcins paradlarında iştirak etməsi məni şəxsən dərindən sarsıdıb.

Türk istehsalı raket sınaqlarda uğurla keçib

2 Fevral 2018 11:38

Türkiyədə Aksaray poliqonunda HİSAR-A orta və alçaq uçuş Hava Hücumundan Müdafiə Zenit raketinin uğurlu sınaqları keçirilib. ROKETSAN və ASELSAN hərbi sanayi şirkətlərinin birgə layihəsi olan HİSAR-A bütün sınaqlardan uğurla keçib və yaxın zamanda Türkiyə Silahlı Qüvvələrinin invenarına daxil ediləcək.

Türkiyə ərazisinə keçmək istəyən PKK terrorçuları məhv edildi

2 Fevral 2018 11:32

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalından Türkiyə ərazisinə keçməyi planlaşdıran PKK terrorçularının bölmələrini məhv edib. 

İordaniya KXDR ilə diplomatik münasibətləri kəsdi

2 Fevral 2018 11:19

İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib. Bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb. "KXDR ilə heç vaxt möhkəm olmayan diplomatik münasibətlərin kəsilməsi, İordaniyanın bu məsələ üzrə müttəfiqlərinin siyasətinə uyğundur", - deyə agentlik mənbənin bəyanatını sitat gətirib.