Dünya
Qeyri-adi üsulla yayılan yeni fırıldaqçı proqram təminatı aşkarlanıb
“Malwarebytes” şirkətinin ekspertləri qeyri-adi üsulla - iki eksployt dəsti vasitəsilə yayılan yeni fırıldaqçı proqram təminatı aşkarlayıblar.
Bu şirkət dünyada ən bahalı brend adına layiq görülüb
İnternet üzərindən satışlar sahəsində böyük “oyunçu”lardan biri olan ABŞ-ın “Amazon” şirkəti “Brand Finance” tərəfindən tərtib edilmiş dünyanın 500 ən bahalı brendi reytinqində birinci yeri tutub.
“Google”un proqramı hava reyslərinin gecikməsini öncədən proqnozlaşdıra bilir
Təyyarə biletlərinin axtarışı və alınması üçün nəzərdə tutulmuş “Google Flights” servisinin proqramçıları hava reysinin mümkün ola bilən gecikməsini öncədən proqnozlaşdırmağa və bu barədə istifadəçini məlumatlandırmağa imkan verən süni intellekt elementlərindən istifadə ediblər.
Liviyada faciə: 90 nəfər öldü...
Liviya sahilləri yaxınlığında miqrantları daşıyan qayıq çevrilib. Hadisə nəticəsində azı 90 nəfərin öldüyü bildirilib. Məlumata görə, ölənlərinn əksəriyyəti Pakistan vətəndaşları olub.
Ölkə xəritədən silinir, vətəndaş müharibəsi başlayır
Fransada iki hərbi helikopter toqquşdu: 5 nəfər öldü
Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub. Bildirilir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil. Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.
Məktəb tualetində dişlənərək öldürülən şagird cəsədi tapıldı
Hindistanın ən böyük ikinci şəhəri Delhidəki özəl məktəb tualetində bir şagird dişlənərək öldürülüb. Öldürülən uşağın cəsədi çərşənbə səhəri dərs saatları zamanı 11:00-da məktəb tualetində şagird yoldaşları tərəfindən tapılıb. Dərhal hadisə yerinə polislər və təcili yardım briqadası çağırılıb. Polis 14 yaşlı şagirdin dişlənərək öldürüldüyünü müəyyən edib. Uşağın cəsədi yarılmaq üçün tibbi ekspertizaya göndərilib.
Rusiya MSK Putinin mətbuat katibinə irad bildirib
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib. Məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.
Romaya Ərdoğan üçün həyəcan verildi: 24 saat, 3500 nəfər...
Roma Papası Fransiskin dəvəti ilə İtaliyaya səfər etməsi planlaşdırılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri öncəsi Romada təhlükəsizlik qüvvələrinə həyəcan siqnalı verilib.
Ermənistanda 10 yaşlı qız borca görə oğurlanıb
Ermənistanda borca görə uşaq oğurlanıb. Məlumata görə, hadisə Kotayk vilayətinin Eqvard şəhərində baş verib. Polisə müraciət edən 37 yaşlı qadın bildirib ki, 10 yaşlı qızını həmyerlisi, 44 yaşlı qadın aldadaraq evinə aparıb və orada girov saxlayır.
Metroda İNSİDENT - Sərxoş tələbə relslərin üstünə yıxıldı - Moskvada
Türkiyədən nəhəng hərbi həmlə – 35 milyard...
Türkiyə əsgər, polis, jandarma və sahil təhlükəsizliyi ünsürlərinin istifadə etdiyi silah sistemləri və nəqliyyat vasitələrinin istehsalında xaricdən asılılığı azaltmaq üçün yeni bir addım atıb.
Sərkisyana görə İrəvan 8 milyard itirdi
2017-ci ildə Ermənistandan kapital axını sürətlənib. “Joxovurd” qəzeti keçən il ərzində ölkədən 1,25 milyard dollarlıq kapitalın çıxarıldığını yazıb.
Talibanın iki nüfuzlu komandiri məhv edildi
Əfqanıstan ordusunun xüsusi təyinatlı dəstələri “Navid 8” əməliyyatı keçiriblər. Ordunun mətbuat xidməti əməliyyatın Türkmənistanla sərhəddə yerləşən Fəryab vilayətində baş tutduğunu bildirib.
NATO Ermənistanda təlim keçirir
NATO Ermənistanda komanda qərargah təlimi keçirəcək. Bu barədə informasiya NATO-nun Avropadakı qoşunlarının rəsmi saytında yer alıb. “Qılınc qoruması 2018” adlanacaq təlim 14 maydan 25 maya qədər davam edəcək. Təlim ABŞ-ın təşkilatçılığı ilə baş tutacaq.














