Nazir və arvadı evində ölü tapıldı - İntihar, yoxsa cinayət?
2 Fevral 2018 04:26 DünyaPakistanın planlaşdırma və inkişaf naziri Mir Xəzər Xan Bijirani və xanımı Feriha Razak evində ölü tapılıb.
Yenicag.az xəbər verir ki, onların meyiti yataq otağında aşkarlanıb. Bu zaman yataq otağının qapısı bağlı olub.
Polisin yaydığı məlumata görə, nazir və arvadının bədənlərində güllə izləri aşkar edilib. Hadisənin cinayət və ya intihar olub-olmaması bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31