Putin ÜZR İSTƏDİ
Rusiya prezidenti Vladimir Putin ölkəni beynəlxalq yarışda təmsil edən idmançıları dopinq qalmaqalından qoruya bilmədiklərinə görə, onlardan üzr istəyib. Bu barədə Putin Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcək idmançılarla görüşü zamanı bildirib.
1 Fevral 2018 09:18 DünyaPutin deyib ki, Rusiya hər zaman təmiz rəqabət ideyasını dəstəkləyib.
"Sizi dopinq qalmaqalından qoruya bilmədiyimizə görə bizi bağışlayın".
Rusiya prezidenti çıxışı zamanı idmançılara uğurlar arzulayaraq, onları fikirlərini yalnız idman mübarizəsinə yönəltməyə çağırıb. Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31