İçində azərbaycanlıların da olduğu gəmi Qara dənizdə qəzaya uğradı

Qara dənizin Krım yarımadasına yaxın hissəsində Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində gəminin korpusu zədələnib. Gəmidə olan 12 ekipaj üzvü evakuasiya edilib. "12 nəfərlik ekipajla “Berq” quru yük gəmisinin korpusu zədələr alıb”, - agentliyin həmsöhbəti deyib.

Qara dənizin Krım yarımadasına yaxın hissəsində Moldovaya məxsus quru yük gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində gəminin korpusu zədələnib. Gəmidə olan 12 ekipaj üzvü evakuasiya edilib. "12 nəfərlik ekipajla "Berq" quru yük gəmisinin korpusu zədələr alıb", - agentliyin həmsöhbəti deyib. O əlavə edib ki, ekipajın tərkibinə Ukrayna və Azərbaycan vətəndaşları daxil idi. Hazırda gəmi lövbərdədir və korpusun müayinəsi həyata keçirilir. Hadisənin səbəbləri araşdırılır. Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31