Dünya
Bərzani Ankaraya qarşı çıxdı – Afrin müzakirəsi
Bərzani hakimiyyəti Türkiyənin “Zeytun budağı” əməliyyatından narazılığını ifadə edib. Bu barədə Türkiyə mətbuatı informasiya yayıb. İraq Kürd Muxtariyyətinin parlamentində keçirilən iclas zamanı Türkiyənin Afrində keçirilən “Zeytun budağı” əməliyyatı qınanılıb.
Uzaq mənzilli raketlərlə təchiz edilən ingilis gəmisi Qara Dənizdə
Böyük Britaniyanın Krallıq Hərbi Dəniz Qüvvələrinin Dunkan esminets hərbi gəmisi Bosfor və Dardanel boğazlarını keçərək Qara dənizə daxil olub. İngilis hərbi gəmisini Türkiyə Hərbi Dəniz Qüvvələrinin Qaziantep freqatı müşayiət edir.
Məşhur şirkətin rəhbəri okeanda itkin düşdü
Tehranı kəsəyən və siçanlar “işğal” edib
İranın paytaxtı Tehranın sakinlərinin başı siçan və kəsəyənlərlə dərtdədir. Şəhərdə 50 milyondan artıq siçan və kəsəyən yaşayır. Bələdiyyənin bütün səylərinə baxamayaraq siçanlarla baş etmək mümkün olmur. Sakinlərin ifadələrinə görə bu siçan və kəsəyənlər insalardan və pişiklərdən də qorxmur. Bunun səbəbi isə şəhərin küçələrindəki zibil yığınları göstərilir.
Terrorçulardan azad edilən kəndlərdən ilk FOTOlar
"Zeytun budağı" əməliyyatının 11-ci günündə terrorçulardan azad edilən Halil və Hane kəndlərinin fotoları yayılıb. Əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 712 terrorçu məhv edilib.
Qarabağ qazisinin türk əsgərinə jesti sosial şəbəkələrdə rekord qırır (VİDEO)
Rusiyanın tanınmış jurnalistləri Svanidze və Şevçenko canlı efirdə əlbəyaxa olublar
Yanvarın 30-da Rusiyanın “Komsomolskaya pravda” radiostansiyasının canlı efirində tanınmış jurnalistlər Nikolay Svanidze və Maksim Şevçenko arasında əlbəyaxa dava olub.
ÇAĞLA Şikəl: “Tərəf müqabili istəmirəm”
Uzun zaman Alişanla birgə veriliş təqdim edən türkiyəli model Çağla Şikəl artıq tərəf müqabili istəmədiyini açıqlayıb. Olaylar.az bildirir ki, model jurnalistlərə verdiyi açıqlamada bundan sonra aparıcısı olduğu verilişləri tək təqdim edəcəyini bildirib. Model Alişanla son olaraq Kanal D –də yayımlanan “Dostlar məhəlləsi” serialında birgə iştirak ediblər.
Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq - ABŞ
Yeni antirusiya sanksiyaları yaxın gələcəkdə tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib. Onun sözlərinə görə, Vaşinqton artıq bunun üzərində iş aparır: “Biz bir müddət əvvəl yayımlanmış hesabat və kəşfiyyat məlumatlarından istifadə edərək, əlavə sanksiyaların tətbiqi istiqamətində işləyəcəyik. Bu, yaxın zamanlarda gerçəkləşəcək”.
Xüsusi təyinatlılar sərhədə yeridildi – Afrində ilk əməliyyat
Türk ordusu və ASO “Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinin Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyata başlayacaq. Bununla bağlı “Vətən” qəzeti informasiya yayıb. Məlumata görə, Raco yaxınlığında ağır itkilər verərək strateji yüksəkliklərə nəzarəti itirən terrorçular mərkəzə çəkilərək mülki insanlardan qalxan olaraq istifadə etməyə başlayıb. Bunun qarşısını almaq üçün hazırlıqlar aparan türk ordusu və ASO əraziyə çoxlu canlı qüvvə və hərbi texnika göndərib.
Putin 200 təyyarə, yüz minlik ordu ilə... – Saakaşvili
Gürcüstan müharibəsi zamanı Corc Buş “Kreml hesabatı”na bənzər şəkildə Rusiya rəsmi şəxslərinə qarşı sanksiyalar hazırlamışdı. Bunu “Azadlıq” radiosuna müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.
Roqozin: ABŞ-a görə Avropa yüz milyardlar itirdi
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Avropa şirkətlərinə yüzlərlə milyard dollar zərər vurub. Bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Dmitri Roqozin söyləyib. “Vaşinqton Moskvaya qarşı məhdudlaşdırmalardan istifadə edərək, öz məhsullarını irəli çəkir və bununla da avropalıları öz mallarını Rusiya ərazisinə gətirmək imkanından məhrum edir.
Türk əsgəri bizim qardaşımızdır, biz də məhmədik...
Eyni sipərdə can veririk. Biz də məhmədik, türk əsgəri bizim qardaşımızdır. Bu sözləri ASO-nun 21 yaşlı üzvü Məhəmməd Zaib deyib. Deyr əz-Zordan olan və sinəsində “Bir ölər, min dirilərik” yazılmış TSQ nişanı gəzdirən ASO döyüşçüsü bir çox dairələr tərəfindən onlara “terrorçu” damğası vurulmasına münasibət bildirib. “16 yaşımdan özümü mübarizənin içərisində tapmışam.
Azərbaycanlı milyarderə Trampın bir gündə vurduğu zərər – ŞOK RƏQƏM
ABŞ Maliyyə Nazirliyi tərəfindən dərc edilən “Kreml məruzəsi”nə düşmüş Rusiya milyarderlərinin aktivləri bir gün ərzində 1,1 milyard dollar ucuzlaşıb. Bu haqda RBK agentliyi yazıb. Ən çox zərər isə arbaycanlı milyarder, Rusiyanın "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov (226 milyon dollar), NLMK-nin Direktorlar Şurasının sədri Vladimir Lisin (205 milyon dollar) və dağıstanlı milyarder, “Nafta-Moskva” kompaniyasının sahibi, Rusiya Federasiya Şurasının senatoru Süleyman Kərimova (102 milyon dollar) dəyib.
Avropa İnsan Hüquqlarının Atatürkə hədiyyə etdiyi BOZQURD sərgidə
Mustafa Kamal Atatürkə hədiyyə olunan bozqurd heykəli Samsunda yerləşən Qazi muzeyində sərgilənir. Olaylar.az bildirir ki, heykəl 1927 –ci il sentyabrın 7 –də Avropa İnsan Hüquqları məhkəməsi tərəfindən Atatürkə hədiyyə edilib. 1926 –cı il avqustun 2-də Türkiyənin 'Bozkurt' sərnişin gəmisi ilə Fransanın 'Lotus' gəmisinin Ege sahillərində toqquşması nəticəsində 8 türk boğularaq həlak olur. Hadisədən sonra Türk məhkəmələri “Lotus” gəmisinin kapitanına 80 gün həbs cəzası verir. Fransızlar buna etiraz edərək Haaqa Daimi Məhkəməsinə müraciət edirlər. (Avropa İnsan Hüquqları Məhkəməsi).














