Dünya

Ərdoğan səfərlərini təxirə saldı

31 Yanvar 2018 11:43

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə salıb. Dövlət başçısı Vatikana səfərindən sonra Braziliya, Paraqvay və Venesuelaya getməyi planlaşdırırdı. Latın Amerikasına səfərin ləğv edilmə səbəbi barədə məlumat verilmir.

6,1 bal gücündə zəlzələ

31 Yanvar 2018 11:43

Əfqanıstanda 6,1 bal gücündə bir zəlzələ baş verib. Olaylar.az bildirir ki, paytaxt Kabil şəhərinin yaxınlığında yerləşən Jarm bölgəsində olan yeraltı təkan Pakistanda da hiss olunub. Təlafat və dağıntılar haqqında məlumat verilmir.

Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi

31 Yanvar 2018 11:41

4 yaşlı qızına sürpriz yumurta alan valideyn içindən çıxanı görəndə dəhşətə gəlib.  Yumurtanın içindən mavi balina çıxdığını görən qadın məhkəməyə şikayət ərizəsi yazıb. "Mavi balina oyunu oynayanlar qurtula bilmir. İntihar edir. 4 yaşlı uşağa bu, necə verilə bilər?" - qadın söyləyib.

28 il sonra anasına qovuşdu: həqiqət hər kəsi ŞOKA SALDI - VİDEO

31 Yanvar 2018 11:22

Türkiyədə qadın "İncirlik" hərbi bazasındakı amerikalı ailəyə övladlığa verdiy qızıyla 28 il sonra Esra Erolun proqramında qovuşub.

Moskvada avtobus qəza törədib

31 Yanvar 2018 11:15

Bu gün səhər saatlarında Moskva şəhərində içərisində sərnişinlər olan avtobus yol ayrıcına çırpılıb. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir.

"Mehmetcik" şəhər döyüşlərinə başlayır

31 Yanvar 2018 11:07

Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsinfə həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində Raco mahalında məskunlaşma ərazisində keçiriləcək ilk əməliyyatın keçirilməsi planlaşdırılır.

Həbsə getməzdən əvvəl eşqini elan etdi - Foto

31 Yanvar 2018 10:37

Gülben Ergenin evli kişiləri yoldan çıxarması ilə bağlı verilişində qeyri-etik ifadələrə yol verən və 3 günlük həbsə məhkum edilən aparıcı-müğənni Seren Serengil sosial şəbəkədə ilk dəfə sevgilisi olduğunu etiraf edib.  Seren müğənni Yaşar İpeklə eşq yaşadığını elan edib. Yaşarla şəklini paylaşan Serengil yazıb: 

Gülben Serenlə bağlı açıqlama verdi

31 Yanvar 2018 09:21

Müğənni Gülben Ergen şikayəti əsasında haqqında həbs qərarı çıxan Seren Serengillə bağlı açıqlama yayıb.   İfaçı onun əleyhinə “Duymayan kalmasın” verilişində kampaniya başaladan Serenin özünün yox, ədalətin cəzalandırdığını bildirib.

"Sputnik”-in müxbiri Tacikistanda faciəvi şəkildə həlak oldu

31 Yanvar 2018 09:16

“Sputnik” radiosunun müxbiri 45 yaşlı Qalim Fasxuddinov Tacikistanda yol nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə ölüb. APA-nın “Sputnik Tacikistan”a istinadən verdiyi xəbərə görə, jurnalist işıqforun yaşıl işığında piyada keçidi ilə yolu keçərkən yüksək sürətlə hərəkət edən mikroavtobus onu vurub.

ABŞ prezidenti “Quantanamo” həbsxanasının bağlanılması proqramını ləğv edib

31 Yanvar 2018 09:14

ABŞ prezidenti Donald Tramp “Quantanamo” hərbi bazasındakı həbsxananın bağlanılmasını nəzərdə tutan proqramı ləğv edib.   Bu barədə D. Tramp ölkədəki vəziyyətə dair Konqresdə illik nitqində bildirib.