Dünya

Kıvanç xanımı ilə Afrikada

31 Yanvar 2018 07:15

Aktyor Kıvanç Tatlıtuğ "Hadi Be Oğlum" filminin çəkilişləri bitən kimi xanımı, stilist Başak Dizerlə istirahətə yollanıb. Cütlük Şərqi Afrikada yerləşən Seyşeller adasında dincəlir.

Qara dənizdə hərbi təlimlər

31 Yanvar 2018 06:57

NATO-nun SNMG-2 (Standing NATO Maritime Group) və SNMCMG-2 (Standing NATO Mine Countermeasures Group) daimi hərbi-dəniz qruplaşmaları Qara dənizdə keçiriləcək birgə təlimlərin detalların təmzinlənməsii məqsədi ilə fevralın 1- də Rumıniyanın Konstansa limanına gələcək.

Terrorçu Soçi konqresində

31 Yanvar 2018 06:38

Türkiyənin Xarici İşlər Nazirliyi terrorçu Mihrac Uralın Soçi konqresində iştirak etməsi ilə bağlı Rusiyadan izahat istəyib. Tədbirdə iştirak edən Türkiyənin nümayəndə heyəti 2013-cü ildə Reyhanlıda 52 nəfərin ölümü ilə nəticələnən terror hücumunda iştirak etmiş Türkiyə Xalq Qurtuluş Partiyasının üzvü Mihrac Uralın Soçi konqresinin iştirakçıları arasında olmasını narazılıqla qarşılayıb.

Bu ölkədə bazar günü ticarət QADAĞAN OLUNDU

31 Yanvar 2018 06:34

Yanvarın 30-da Polşa prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb. Qanun 2018-ci ilin martından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.

Məşhur aktyorun faciəli sonu

31 Yanvar 2018 06:31

Amerikalılar istehsalçılardan smartfonlara qurulan batareyaları çıxarılıb taxılan etməyi tələb edirlər

30 Yanvar 2018 20:00

Vaşinqton ştatında istehlakçılar üçün sadələşdirilmiş elektronika təmirini təmin etmək üçün nəzərdə tutulmuş qanun layihəsi nəzərdən keçirilir. "Apple" şirkətinin "iPhone" smartfonunda məhsuldarlığın azaldılması ilə bağlı etirafı sözügedən qanun layihəsinin qəbulunu  gündəmə gətirib. Həm də müasir cihazların təmiri ilə bağlı çətinlik ictimaiyyətin diqqətini yenidən cəlb edib.

Dubayda evlər zibildən əldə edilmiş elektrik enerjisi ilə isidiləcək

30 Yanvar 2018 19:53

Dubay bələdiyyəsi zibildən elektrik enerjisi əldə etmək üçün “Waste to Energy” (WTE) adlı böyük layihə istifadəyə verib. Layihənin gücü il ərzində 120 min evi "təmiz enerji" ilə təmin etməyə kifayət edəcək. Bu haqda “Khaleej Times” nəşri yazır.

Mobil operativ yaddaşın qiyməti 3 faiz bahalaşacaq

30 Yanvar 2018 19:42

2018-ci ilin birinci yarısında mobil operativ yaddaşın (DRAM) kontrakt qiymətləri əvvəlki rübə nisbətdə 3 faiz bahalaşacaq, illik hesablamada isə artım 5 faiz təşkil edəcək. Bu barədə "DRAMeXchange" analitik şirkətinin proqnozunda deyilir.  

Süni intellektlə təchiz edilmiş videokamera təqdim ediləcək

30 Yanvar 2018 19:26

ABŞ-ın "Google" korporasiyası tezliklə süni intellektin köməyi ilə çəkiliş haqda özü qərar qəbul edəcək yığcam "Google Clips" videokamerasını satışa çıxaracaq.

2017-ci ildə mobil telefon və kompüter elektronikasının tədarükündə azalma qeydə alınıb

30 Yanvar 2018 19:21

2017-ci ildə dünyada mobil telefon və kompüter elektronikasının, o cümlədən fərdi kompüter və planşetlərin tədarükü azalaraq 2,28 milyard ədəd təşkil edib. 2016-cı ildə bu göstərici 2,33 milyard dollara bərabər olub. Bu barədə "Gartner" analitik şirkətinin hesabatında deyilir.  

“Apple” şirkəti “iPhone X” istehsalını 2 dəfə azaldacaq

30 Yanvar 2018 19:16

“Apple” korporasiyası qabaqcıl “iPhone X” smartfonlarının istehsalına sifarişləri 2 dəfə azaltmağa dair qərar verib. Bu haqda “The Nikkei Asian Review” nəşri yazıb.

Ledi Qaqa zövqsüzlər sırasında

30 Yanvar 2018 19:05

Məşhur “Qremmi” mükafatlandırma mərasiminin növbəti tədbirində məşhurların qeyri-adi imicləri diqqətdən kənarda qalmayıb.  Gecənin ən yadda qalan saç düzümü müğənni Ledi Qaqada olub.

Alimlərin sensasiyalı kəşfi: narıncı timsah tapıldı 

30 Yanvar 2018 18:55

Afrikada dünyada indiyədək misli görünməmiş heyvan aşkarlanıb. Qitənin qərbində, Qabonda tədqiqatlar aparan alimlər mağaralarda yaşayan, gün işığı görməyən narıncı timsahlar tapıblar. Bu barədə The Guardian-da məlumat verilib.

Uşaqlar üçün messenceri bağlayın! - "FACEBOOK" QARŞISINDA TƏLƏB!

30 Yanvar 2018 18:45

ABŞ-da bir qrup müəllim, həkim və uşaq sağlamlığı üzrə mütəxəssis – ümumilikdə 110-dan çox şəxs - “Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberqə məktub yazıb.