Məşhur aktyorun faciəli sonu

Amerikalı aktyor və musiqiçi Mark Salling Kaliforniya ştatında ölü tapılıb. 35 yaşlı aktyorun intihar etdiyi məlum olub. Onun cəsədi yaşadığı evin yaxınlığındakı çayın kənarında tapılıb.

2015-ci ildə Salling uşaq pornoqrafiyasının saxlanılmasında şübhəli bilinərək həbs edilib. 2017-ci ildə aktyor ittihamları qəbul edərək günahını etiraf edib. İş üzrə hökmün oxunması 2018-ci ilin yaz aylarında nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31