Dünya

Bir gündə 8 əsgərin şəhid olduğu təpə ələ keçirildi

2 Mart 2018 15:21

Afrinin terrorçulardan təmizlənməsi üçün TSQ tərəfindən başladılan və KSU-nun da (Könüllü Suriya Ordusu) qatıldığı əməliyyatlarda bu gün səhər Rako istiqamətində hücum edilib.

Ermənistanın havadarları narahatdırlar

2 Mart 2018 15:19

Dağlıq Qarabağda müharibənin başlanma ehtimalı ilə bağlı məsələ zaman-zaman gündəmi zəbt etməkdədir. Xüsusən xarici mətbuatda Ermənistan-Azərbaycan cəbhəsində silahlı toqquşma anonsunun verilməsi siyasi və hərbi ekspertləri də dilə gətirməyə məcbir edib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç "Jamanak" qəzetinin müxbirinə açıqlamasında deyib ki, Ermənistan və Azərbaycan arasında silahlı konfliktin yenilənməsi təhlükəsi artır.

Başı 5 milyon dollar olan “qanuni oğru”: “Lazımdırsa, başımı kəsin”

2 Mart 2018 15:03

2016-cı ilin iyulunda həbs edilən Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri, "Ded Xasan"ın varisi sayılan "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov və dəstəsinin işi üzrə məhkəmə yekunlaşır. Prokuror məhkəmədən "Şakro Molodoy"a 10 il həbs cəzası istəyib. Bu cinayət işində adı keçən 13 nəfərə də 7, 8, 9 il olmaqla müxtəlif cəzalar verilməsi istənilib.

Kadırov Putinin təqdim etdiyi nüvə silahına ad təklif etdi

2 Mart 2018 15:00

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin ötən gün təqdim etdiyi qanadlı raketləri və nüvə enerjisi təminatlı sualtı sistemləri Suriyada ölən rus hərbçilərin şərəfinə adlandırmağı təklif edib.

İranın Afrin dilemması

2 Mart 2018 14:50

Türkiyənin “Zeytun budağı” əməliyyatı bir aydan artıqdır ki, davam edir. Artıq Afrin Türkiyə Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb, PYD və PKK qüvvələrinin Türkiyə ilə təmasları kəsilib. Qızğın döyüşlər davam etməkdədir. Türkiyənin son məqsədi isə hələ məlum deyil. Döyüşlər Afrinlə bitəcəkmi, yaxud, Türkiyə Suriyanın digər iki sərhəd rayonunu da Afrinə qatacaq? Eyni zamanda, Afrin məsələsində Türkiyənin müttəfiqləri qismində çıxış edən ölkələr tərəfindən – Rusiya və İran tərəfindən hansı reaksiyalar gəlməkdədir? Bu reaksiyaların bildiyimiz kimi “Zeytun budağı” hərəkatının başlanması və gedişində böyük təsiri vardır.

Sarkisyanın seçki revanşı

2 Mart 2018 14:32

Yayılan məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan 2009-cu ildə imzalanmış Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması haqqında protokolların ləğv olunduğunu elan edib. Daha dəqiq, S.Sarkisyan ölkənin Milli Təhlükəsizlik Şurasının iclasında sözügedən protokolların etibarsız hesab olunduğunu bəyan edib.

Rusiya və Türkiyə XİN başçıları Moskvada görüşəcəklər

2 Mart 2018 14:16

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək. Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. O, səfərin martın 14-də gerçəkləşəcəyini söyləyib.

Pişiyi vurmaq istəmədi, həyatından oldu

2 Mart 2018 14:12

Türkiyədə dünən axşam yük maşını ilə digər şəhərə gedən sürücü qəzaya düşüb. Məlumata görə, 47 yaşlı sürücü Abit Acar Yanarsu çayının üzərindən keçərkən maşınının qabağından pişik keçib.

Səudiyyə Ərəbistanında dəvələr çiplənəcək

2 Mart 2018 14:10

Səudiyyə Ərəbistanı hökuməti ölkədə ən çox yayılmış ev heyvanı olan dəvələrə çiplərin vurulmasını tətbiq edib. Məlumata görə, yeni qərara əsasən, dəvələr mütləq şəkildə çiplənəcək.

İsrail polisi Netanyahunu sorğu-suala çəkir

2 Mart 2018 13:57

İsrail polisi ölkənin Baş naziri Binyamin Netanyahunu onun yaxınlarının ölkənin ən böyük telekommunikasiya şirkəti olan "Bezek"in rəhbərliyi ilə korrupsiya əlaqələri üzrə işin istintaqı çərçivəsində ilk dəfə sorğu-suala çəkir.

Məktəbli qız özünü 15 mərtəbəli binadan atdı - VİDEO 

2 Mart 2018 13:43

Qış tətili boyunca ev tapşırığını yaza bilməyən məktəbli qız intihara cəhd edib. Tətil boyunca ev tapşırığını yazıb bitirə bilməyən 12 yaşlı adı açıqlanmayan qız 15 mərtəbəli binadan özünü atıb. Lakin, xoşbəxtlikdən uşağa heçnə olmayıb.

Moskvada 2 ay təhlükəsizlik gücləndiriləcək - Futbola görə

2 Mart 2018 13:39

Mayın 25-dən iyulun 25-dək futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndiriləcək. Məlumata görə, həmin dövrdə Moskvada nəzarət olunan və qadağan edilmiş zonalar tətbiq olunacaq. Həmçinin bir sıra azarkeşlərin futbol oyunlarını kafe-barlarda, əyləncə mərkəzlərində izləyəcəyini nəzərə alaraq, ictimai asayişin, infrastruktur obyektlərinin mühafizəsi gücləndiriləcək.

Gürcüstan baş nazirinin Ermənistana rəsmi səfəri başlayıb

2 Mart 2018 13:21

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Ermənistana rəsmi səfəri başlayıb. Gürcüstanın hökumət administrasiyasına istinadən verdiyi xəbərə görə, baş naziri Yerevan beynəlxalq havalimanında erməni həmkarı Karen Karapetyan qarşılayıb.

Dağıstan lideri Bakıya gələcək

2 Mart 2018 12:55

Dağıstan rəhbəri vəzifəsini icra edən Vladimir Vasilyev yaxın zamanda Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Vasilyev “Moskva-Bakı” portalının müxbirinə açıqlamasında deyib. O, səfərin tezliklə baş tutacağını bildirib.

Yağış bu dəhşətli görüntülərə səbəb oldu - VİDEO

2 Mart 2018 12:48

İndoneziyanın paytaxtı Cakartada yağan şiddətli yağış qəzaya səbəb olub. Alış-veriş mərkəzində binanın girişində şiddətli yağışın ağırlığına dözə bilməyən kölgəlik çöküb.