Dünya
Yolda gedərkən tapdığı daşın içərisindən elə şey çıxdı ki... - FOTOLAR
Yolda gedərkən tapdığı daşın kənarını soyan adam gördüyü mənzərə qarşısında təəccübünü saxlaya bilməyib.
Ərdoğana qarşı 4 partiya birləşdi
Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkiləri və noyabrda baş tutacaq prezident və millət vəkili seçkilərində 4 siyasi partiya ittifaq qurmaq barədə qərar qəbul edib.
McDonalds-da rəzalət: Çıxın çölə, buranı tərk edin - VİDEO
Lütfən, restoranı tərk edin! Yeməyinizi bitirməyə lüzum yoxdur! Siz qaydaları pozursunuz, müştərilərimizi narahat edirsiniz! Çıxın çölə!
Avropa İttifaqı ABŞ-ı "ticarət müharibəsi" ilə hədələdi
Avropa Komissiyasının sədri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq olunması qərarına qarşı cavab tədbirləri atıla biləcəyini deyib.
İran XİN: "BMT baş katibinin hesabatı bizim üçün etibarsızdır"
“BMT baş katibinin İranda insan haqlarının durumu ilə bağlı hesabatı İslam Respublikası üçün dəyərsiz və etibarsızdır”. Məlumata görə, bunu İranXarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib.
Tramp qızı İvanka və kürəkənini Ağ Evdən uzaqlaşdırmaq istəyir
ABŞ Prezidenti Donald Tramp öz müşavirləri işləyən qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri Ağ Evdən uzaqlaşdırmağa çalışır. Məlumata görə, bu barədə ABŞ-ın bir neçə nüfuzlu mətbuat orqanı yazır.
5 mərtəbələrin kütləvi sökülməsi başladı
Moskvada renovasiya proqramı çərçivəsində iki beşmərtəbəli binanın sakinləri yeni mənzillərə köçməyə razılıq verib. Məlumata görə, ilk mərhələdə 134 ailə köçürülür. Yeni tikililərin söküləcək binalardan 300 metr məsafədə yerləşdiyi bildirilir.
Kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf edildi
ABŞ alimləri kainatda yaranan ilk ulduzlardan güclü siqnallar kəşf ediblər. Araşdırmanın qaranlıq maddənin zərrəciklərini üzə çıxarmaq üçün başlayan işi asanlaşdıracağı ehtimal edilir.
Kremldən Qərbə xəbərdarlıq: Bu baş versə…
Rusiya özünə və Kollektiv Təhlükəsizlik Müqavilət Təşkilatındakı müttəfiqlərinə qarşı silah tətbiqi zamanı öhdəlikləri çərçivəsində fəaliyyət göstərəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. “Rusiyanın KTMT və digər müttəfiq öhdəlikləri var. Bu, kifayət qədər aydındır”, – deyə o bildirib.
Türkiyə sərhədi pozan yunan əsgərlərini həbs etdi
Türk əsgərləri Meriç çayı yaxınlığında sərhəd pozuntusuna yol vermiş 2 yunan əsgərini saxlayıb. Bu barədə Yunanıstan Quru Qoşunları komandanlığından bildirilib. Yunan əsgərləri Şimali Evros bölgəsində Kastanies yaxınlığında patrul nəzarətini həyata keçirərkən kəskin hava şəraiti səbəbindən yollarını azaraq Türkiyə sərhədlərinə daxil olub. Sərhədi pozan yunan əsgərləri saxlanılaraq Ədirnəyə göndərilib.
Azərbaycanlı merə qarşı cinayət işi açıldı
Dərbənd rayon administrasiyasının rəhbəri Maqomed Cəlilova qarşı səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi qaldırılıb. Bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Rəsul Temirbekov söyləyib. Onun sözlərinə görə, Cəlilov Dərbənd rayonuna 2,2 milyon rubl zərər vurub.
Zaxarova: "Avropa Şurası ilə münasibətlərimiz böhran dövrünü yaşayır"
Rusiya Xarici İşlər Nazirliyi ölkənin Avropa İnsan Haqları Konvesnsiyasından - Avropa Şurasından çıxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Məlumata görə, RusiyaXarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bu məlumatı nə təsdiq, nə də təkzib edə biləcəyini söyləyib: "Rusiyanın Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi ilə münasibətləri böhran dövrünü yaşayır.
SON DƏQİQƏ! Fransa səfirliyinin yaxınlığında TERROR
Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı baş verib. Məlumata görə, hadisə şahidləri avtomobildən bir qrup şəxsin çıxaraq atəş açmağa başladığını deyib. Atəş səslərinin hazırda da eşidildiyi bildirilir.
Britaniyada həyat donub - Dəmir yolları və aeroport işləmir
Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib. Məlumata görə, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub.














